“AzInTelecom” “İnMerge Sammiti”ndə stendlə iştirak edəcək
SİMA, Bulud xidmətləri, Rəqəmsal Həllər və s. praktiki formada nümayiş etdiriləcək.(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Bakıda keçiriləcək “İnMerge İnnovasiya Sammiti”ndə “Qızıl sponsor” qismində stendlə çıxış edəcək.
30 noyabr-1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq sammitdə iştirakçılara “AzInTelecom”un innovativ xidmət və məhsulları barədə məlumat veriləcək. Həmçinin şirkətin təqdim etdiyi bir sıra rəqəmsal həllər qonaqlara praktiki formada nümayiş etdiriləcək.
Bununla yanaşı, stenddə maraqlı viktorinaların keçirilməsi, fərqlənən iştirakçılara hədiyyələrin təqdim edilməsi nəzərdə tutulub.
Bulud xidmətləri, biometriya texnologiyası əsasında hazırlanan SİMA Rəqəmsal Həllər Platforması, Mərkəzləşdirilmiş İnformasiya Sistemləri və İnformasiya təhlükəsizliyi xidmətləri ilə maraqlanan, həmçinin bu istiqamətdə əməkdaşlıq əlaqələri qurmaq istəyən hər kəs ətraflı məlumat üçün “AzInTelecom” MMC-nin stendini ziyarət edə bilər.
Məlumat üçün bildirək ki, “İnMerge İnnovasiya Sammiti”nin təşkilatçısı “PAŞA Holding”dir. Artıq üçüncü dəfədir ki, təşkil olunan regional tədbirin məqsədi Azərbaycan və regionun aparıcı təşkilatlarını və dövlət qurumlarını korporativ innovasiyalar ətrafında toplamaqdır.
Əsas müzakirə mövzuları elektron ticarət, maliyyə texnologiyaları və telekommunikasiya olacaq. Sammitdə panel müzakirələri və “B2B” formatlı görüşlərin keçirilməsi, eyni zamanda yerli və regiondan gələn komandaların startaplarının təqdimatı nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























