Bakcell-in sponsorluğu ilə “İnnovasiya Sammit”i keçirilir
(®) Ölkənin ən böyük özəl operatoru olan Bakcell “InMerge İnnovasiya Sammiti”nin “Sürət və Telekom partnyoru” olaraq bir daha innovasiyalara öz dəstəyini göstərib.
30 noyabr - 1 dekabr 2023-cü il tarixlərini əhatə edən regionun ən böyük sammiti Bakı Konqres Mərkəzində “PAŞA Holdinq”in təşkilatçılığı, Bakcell şirkətinin aparıcı sponsorluğu ilə ilk günü geridə qoyub. İnnovasiya və yüksək texnoloji yeniliklərə sarsılmaz dəstəyi ilə tanınan Bakcell artıq 3-cü ildir ki, innovasiya tədbirlərinə sponsor olaraq öz dinamik rolunu qoruyur.
Sammitin məqsədi texnologiya sahəsində aparıcı liderləri, şirkətləri, eləcə də innovasiya yönümlü startapları bir araya toplamaq, regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir. Tədbirin ilk günü telekommunikasiya vertikalında Bakcell-in Baş icraçı direktoru Klaus Müller öz bilik və təcrübəsini auditoriya ilə bölüşüb, iştirakçılarla faydalı fikir mübadiləsi aparıb.
“Telekommunikasiya sektorunda daim innovativ həllərlə fərqlənən bir şirkət kimi bu tədbirin “Sürət və Telekom partnyoru” olmaqdan qürur duyuruq. Ötən müddət ərzində ən müasir səs texnologiyası olan VoLTE-ni, yenilənmiş Bakcell tətbiqini abunəçilərin ixtiyarına verərək, telekommunikasiya sektorunda ciddi addımlar atmışıq. Uğurlarımızın nəticəsi olaraq 2023-cü ildə Ookla® şirkəti tərəfindən “Speedtest” mükafatına layiq görülərək “Azərbaycanın ən sürətli operatoru” adını almağa layiq görülmüşük. Bakcell olaraq qarşıdakı dövrdə ən qabaqcıl texnologiyaların ölkəyə gətirilməsində genişmiqyaslı fəaliyyətimizi daha da gücləndirəcəyik” - deyə Klaus Müller bildirib.
Ölkənin dörd bir yanında “Ölkənin ən sürətlisi” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN












.jpg)







