"İlin sonuna qədər Kənd təsərrüfatı və qida forumu təşkil edəcəyik, Türkiyədən 50-ə yaxın iş adamı qatılacaq"
"MÜSİAD Azərbaycan"ın hədəfləri böyükdür və hədəflərinə doğru inamla addımlayır".
Bu sözləri "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli deyib.
"Bu il artıq yekunlaşır. Keçən 11 ay ərzində 56 proqramda iştirak etmişik, 14 qurum tərəfimizdən ziyarət edilib, ölkəxarici 11 təlim və altı ənənəvi səhər yeməyi təşkil etmişik. Bu ilin strateji planı ötən ildən hazırlanıb və biz bu strateji plana əsasən, builki fəaliyyətlərimizi həyata keçirmişik",- deyə o bildirib.
Sədr qeyd edib ki, ilin sonuna qədər Kənd təsərrüfatı və qida forumu təşkil edəcəyik.
"Bu forum, 13-14 dekabr tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı nazirliyi, KOBİA və MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə keçiriləcək. Foruma qardaş Türkiyədən 50-ə yaxın iş adamı qatılacaq və tədbir sonrası biz, Quba-Xaçmaz bölgəsinə səfərlər təşkil edəcəyik və Azərbaycanda fəaliyyət sahələrinə uyğun sahibkarlarla görüşlər keçirəcəyik",- deyə Rəşad Cabirli əlavə edib.
Rəşad Cabirli onu da vurğulayıb ki, "MÜSİAD İnvest" açılıb. Biz bu istiqamətdə Azərbaycana çoxsaylı investisiyaların cəlb edilməsi prosesini həyata keçiririk.
"Vizyonumuz daxilində və Azərbaycan-Türkiyə qardaşlığı çərçivəsində, ticari əməkdaşlıqlar həyata keçiririk. Son dövrlərdə Azərbaycana investisiya yatırmaq istəyən iş adamlarının sayı artır. Bu ziyarətlər kontekstində bir çox tədbirlər təşkil edilməli və təqdimatlar həyata keçirilməlidir. İqtisadiyyat Nazirliyimiz çərçivəsində "Azərbaycana gəlmək üçün 101 səbəb" adlı hesabat hazırlanıb. Bu hesabatda da ticari, iqtisadi, turistik səbəblər qeyd olunub",- deyə o bildirib.
Sədr əlavə olaraq qeyd edib ki, gələn ilin noyabr ayında MÜSİAD - 2024 EXPO keçirilməsi planlaşdırılır. Bu tədbirin də Türk dövlətlərindən birində təşkili gözlənilir.
Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD 33 yaşını qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















