“PAŞA Holding”in təşkilatçılığı ilə “InMerge İnnovasiya Sammiti”nin ikinci günü baş tutub!
1 dekabr “InMerge İnnovasiya Sammiti”nin ikinci və son günü baş tutub. Tədbirin açılışını “Tesla” şirkətinin qurucu ortaqlarından JB Straubel edib. O, təqdimatında Elon Musk ilə olan tanışlığından danışıb, eləcə də “Tesla” şirkətinin ilk günlərindən bu günə kimi olan hekayəni iştirakçılarla bölüşüb.
Bir daha qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə bşa tutan sammit aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir yerə toplamaq, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq, beləcə, Azərbaycanda və regionda innovasiya ekosisteminin formalaşmasını dəstəkləmək məqsədini daşıyır.
JB Straubel çıxışından sonra “Trendyol” şirkətlər qrupunun CEO-su Erdem İnan, “PAŞA Holdinq”in icraçı direktorunun müavini Fərid Məmmədov, “Shazam”ın qurucusu Chris Barton və “Uzum” şirkətinin COO-su Roman Lavrentev ilə səhnədə ağıllı ekosistemlərin gələcəyi haqqında müzakirələr edib. Chris Barton isə “Shazam”ı necə qurduğundan və digərlərinin də bu uğuru necə əldə edə biləcəyindən danışıb.
Bunlarla yanaşı, rəqəmsallaşma və elektron ticarət mövzusunda diskussiyalar və vörkşoplar keçirilib. Regionun müxtəlif ölkələrindən startaplar da öz ideyalarını təqdim ediblər. Tədbirin sonlarına doğru İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi startaplara mükafatlarını təqdim ediblər. “INBattle” startap müsabiqəsinin qalib startapı isə “PAŞA Holding”dən 15 min dollar dəyərində mükafat qazanıb.
Beləcə, Azərbaycan və region üçün böyük əhəmiyyət kəsb edən “InMerge İnnovasiya Sammiti 3000 nəfərdən çox şəxsin iştirakı ilə başa çatdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























