Azərbaycan - İtaliya memarlıq və dizayn şirkətinin Milanda ofisi açıldı - VİDEO/FOTO
Azərbaycanın “Era Design” dizayn şirkətinin təsisçisi və baş memarı Rafael Abbasov və İtaliyanın tanınmış memarı Fernando Mosca tərəfindən yaradılan "Fernando & Rafael" Memarlıq və Dizayn şirkətinin İtaliyanın Milan şəhərində ofisi fəaliyyətə başlayıb.
Bu barədə Şirkətdən bildirilib.
Ofisin açılışında İtaliyanın rəsmi və tanınmış şəxsləri iştirak ediblər.
Qeyd edək ki, zəngin italyan memarlığı hər zaman Azərbaycan üçün maraqlı olduğundan birgə "Fernando & Rafael" şirkəti yaradılıb.
"Fernando & Rafael" şirkətinin Milan ofisi memarlıq, dizayn, tikinti və təmir sahələri üzrə fəaliyyət göstərəcəkdir. Şirkətin Milan ofisi - İtaliya, Milan şəhəri, Via dell Annunciata 27 ünvanında yerləşir.
Memar Rafael Abbasov bildirib ki, “Fernando & Rafael” şirkəti bərabər şəkildə memarlıq layihələri ərsəyə gətiriləcək. İtaliyalı memar Fernando Moscanın zəngin təcrübəsi ölkəmizdə reallaşdırılan layihələrdə tətbiq ediləcək.
Qeyd edək ki, 2023-cü ilin İyun ayında "Fernando & Rafael" Memarlıq və Dizayn şirkətinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə əməkdaşlıq memorandumu da imzalanıb.
Əlavə edək ki, "Fernando & Rafael" şirkətinin Bakı ofisi də italiyan memarlığı üzrə dizayn, tikinti və təmir işlərini həyata keçirir.
"Fernando & Rafael" şirkətinin Bakıda rəsmi aşılış mərasimindən və Milanda ofisin açılışı münasibətilə keçirilmiş tədbirdən görüntülər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
17 d. əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
-
18 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
-
2 saat əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Ən çox oxunanlar
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Sıfır xərclə ticarət mümkündür?
















