Ümumi bazar artımının 43%-i “ABB İnvest”ə aiddir
Bakı Fond Birjasının açıqladığı məlumata əsasən, cari ilin noyabr ayı ərzində 12 investisiya şirkətinin ümumi ticarət dövriyyəsi 4.5 milyard manat artaraq 39.8 milyard manata çatıb. Noyabr ayındakı artımın 43%-i “ABB İnvest” İnvestisiya Şirkəti tərəfindən icra edilib. Bu artım təqdim olunan bütün istiqamətlərdə baş verib.
Bu barədə Marja-ya ABB-dən bildirilib.
Qeyd edilib ki, ABB-nin törəmə şirkəti olan “ABB İnvest İnvestisiya Şirkəti” QSC Azərbaycanın kapital bazarında ən böyük investisiya şirkətlərindəndir. Şirkət pərakəndə və korporativ müştərilərə investisiya xidmətlərinin tam spektrini təqdim edir.
Şirkətdən “Marja”-ya verilən məlumata əsasən, yerli bazarla yanaşı, xarici kapital bazarlarında da müştərilərin aktivliyi artıb və ümumi qiymətli kağızlar portfeli 300 milyon ABŞ dollarını keçib.
Qeyd edək ki, bu il ABB mobile tətbiqində də İnvestisiya xidməti imkanları istifadəçilərə təqdim edilib. Müştərilər Amerika birjalarında ticarət olunan səhmlərə tətbiq üzərindən birbaşa öz adlarından investisiya edə bilərlər. Bu imkan növbəti ildə daha da inkişaf etdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi














.jpg)





