Putin: Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və bu barədə Rusiyaya məlumat verməyib
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanın MDB və KTMT tədbirlərini iqnor etməsinə münasibət bildirib.
İllik mətbuat konfransında Putin Moldova və Ermənistanın inteqrasiya layihələrindən imtina etməsi təhlükəsi ilə bağlı sualı cavablandırıb.
O bildirib ki, Rusiya öz inteqrasiya planlarını bu prosesin iştirakçıları ilə könüllülük şəraitində qurur:
“Moldova bu inteqrasiya prosesindən imtina edirsə, bu, onların seçimidir. Moldova Avropanın ən kasıb ölkəsidir. Hazırda Ukrayna həmin mövqedədir. Bizim üçün Moldovanın MDB-də olmasının elə də dəyəri yoxdur. O ki qaldı Ermənistana, düşünmürəm ki, Ermənistanın MDB və ya Avrasiya İttifaqı , KTMT üzvlüyünə xitam verilməsi onun maraqlarına uyğundur”.
Putin həmçinin, bəyan edib ki, Qarabağdan imtina edən Rusiya deyil.
“Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistandır və erməni tərəfdaşlar belə bir qərarın qəbulu ilə bağlı Rusiya tərəfinə xüsusi məlumat verməyiblər”, - o vurğulayıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
9 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























