“Rəqabət terminlərinin izahlı lüğəti” təqdim edildi
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Rəqabət terminlərinin izahlı lüğəti” hazırlanıb.
Xidmətin yaydığı məlumatda bildirilir ki, lüğətin tərtib olunmasında məqsəd antiinhisar fəaliyyəti üzrə işlərdə, korporativ yazışmalarda və ictimaiyyətin məlumatlandırılmasında interdisiplinar (sahələrarası) xarakterə malik rəqabət terminlərinin düzgün istifadəsinə nail olmaq və tənzimləmə prosesinin tərəfləri üçün anlaşıqlı formada izahını təqdim etməkdir.
Lüğətə 150-yə yaxın rəqabət iqtisadiyyatı termini nəzəri əsasları ilə birlikdə istifadəçiyönümlü tərtibatda daxil edilib. Tərtibat zamanı terminlərin antiinhisar qanunvericiliyindəki ümumi mənası nəzərə alınıb, zəruri hissələrdə qanunvericiliyə, beynəlxalq təşkilatların nəşrlərinə istinad edilib.
Həmçinin yeni rəqabət vəziyyətlərini, müasir rəqabət risklərini qiymətləndirmək və açıqlamaq üçün meydana gələn yeni ifadələr sözügedən terminlər toplusunda yer alıb. Bu zaman qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, elmi-texnoloji tərəqqi və biznes mühitində yeni yanaşmalar əsas götürülüb.
Rəqabət terminləri lüğəti sahə üzrə əhatəli məlumat əlçatanlığını asanlaşdırmaqla yanaşı, maarifləndirmə prosesini sürətləndirəcəkdir. Bu baxımdan lüğət ümumi istifadə üçün nəzərdə tutulub və normativ hüquqi akt xüsusiyyətlərini daşımır.
“Rəqabət terminlərinin izahlı lüğəti” elektron formatda Dövlət Xidmətinin rəsmi internet səhifəsində “Məlumat mərkəzi” bölməsində (https://bit.ly/3NsCtq7 ) yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)






