Çində baş verən zəlzələdə ölənlərin sayı 111-ə çatıb
Çinin şimal-qərbində baş verən 6,2 bal gücündə zəlzələdə ölənlərin sayı artmaqda davam edir. Zəlzələ ilə əlaqədar yaradılmış qərargahın ən son açıqlamasına görə, ölənlərin sayı 111 yüksəlib, xəsarət alanların sayı isə 300-ə yaxındır.
Zəlzələ yerli vaxtla dekabrın 18-də 23:59-da baş verib. Zəlzələ ölkənin Qansu vilayətinin Cişişan rayonunda qeydə alınsa da, yeraltı təkanların episentrinin qonşu Çinhay vilayətinə cəmi 5 kilometr məsafədə olması səbəbindən hər iki vilayətdə dağıntı və insan itkisi qeydə alınıb. Belə ki, bu saatadək Qansu vilayətində 100 ölüm faktı qeydə alınıb, 100-dən çox xəsarət alan var. Çinhay vilayətində isə 11 ölüm, təxminən 140 yaralı var.
Çin Seysmologiya Mərkəzinin məlumatına əsasən, zəlzələnin episentri Yer səthindən 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ barədə məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə xilasedicilər, tibbi yardım briqadaları, yanğınsöndürənlər, polislər cəlb olunub. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir. Ölü və yaralı sayının artma ehtimalı böyükdür.
Çinin Dövlət Şurası (Nazirlər Kabineti) təbii fəlakətlə əlaqədar 2-ci dərəcəli fövqəladə reaksiya elan edib. Fövqəladə Hallar Nazirliyi zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bölgəyə əlavə qüvvələr səfərbər edib.
Çin Xalq Respublikasının Sədri Si Cinpin insan itkisinin artmaması üçün axtarış-xilasetmə işlərinin sürətlə və dəqiqliklə aparılmasına göstəriş verib. Qansu vilayətində axtarış-xilasetmə işlərinə 600-ə yaxın canlı qüvvə, 100-ə yaxın texnika, habelə xüsusi təlim keçmiş itlər cəlb olunub.
Bu günlərdə havanın temperaturunun normadan aşağı olması, üstəlik zəlzələ baş verən bölgənin dəniz səviyyəsindən təxminən 2 min metr yüksəklikdə yerləşməsi səbəbindən bölgədə şaxtalı hava hökm sürür. Belə ki, temperaturun mənfi 16 dərəcəyədək düşməsi həm axtarış-xilasetmə işlərinə öz təsirini göstərir, həm də evləri dağılanların qısa zamanda isti yerlərdə yerləşdirilməsi məsələsini aktual edib. Təbii fəlakətdən zərər çəkənlər üçün təcili çadırlar qurulub, onlar isti geyimlərlə təchiz olunur.
Zəlzələ qonşi Çinhay vilayətinin inzibati mərkəzi olan Sinin şəhərində və Haydon şəhərində də hiss olunub. Bu şəhərlərdə bəzi tikililərə ziyan dəyib, binaların divarlarında çatlar əmələ gəlib. Zəlzələnin təsirli olduğu bölgədən keçən dəmir yolunda qatarların hərəkəti dayandırılıb. Bölgədə bütün dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)








.jpg)






