“Bang & Olufsen” biznes istifadəçiləri üçün “Hi-End” qulaqlıqlarını təqdim edib
Biznesin səsi aydın olmalıdır.(®) Danimarka brendi olan “Bang & Olufsen” 100 ilə yaxındır ki, əfsanəvi “Hi-End” audio məhsullarını istehsal edir. Tanınmış şəxslərdən Stiv Cobs da bu brendin pərəstişkarlarından olub.
İstehsalçı istifadəçinin video və telefon zəngləri arasında asanlıqla keçid etməsi, bir düymə ilə görüşlərə qoşulması və ya telefon və noutbuk arasında keçid etməsi üçün hibrid işə xüsusi önəm yetirir. Çoxsaylı zənglər zamanı səsin aydın eşidilməsi və fondakı səs-küy arasında itib-batmaması, həmçinin qulaqlıqları uzun müddət fasiləsiz taxmaq imkanı vacib əhəmiyyətə malikdir.
Şirkət bu yaxınlarda simsiz biznes qulaqlıqlarının yeni premium xətti olan “Beocom” qulaqlıqlarının təqdimatını keçirib. Daha çox məlumat üçün
“Bang & Olufsen” brendinin cihazları – Müasir İncəsənət Muzeyinin eksponatları və məşhur avtomobil istehsalçılarının seçimi
“Bang & Olufsen” brendi 1925-ci ildə Danimarkanın kiçik Struer şəhərində yaradılıb. İnanılmaz görünsə də, istehsal prosesi hələ də bu şəhərdə həyata keçirilir. Brendin ilk cihazı “Eliminator” radioqəbuledicisi olub. Batareyalarla deyil, dəyişən cərəyanla işləməsi sayəsində bu cihaz əsl inqilabi yeniliyə imza atıb.
Brend detallara xüsusi diqqət ayırması ilə seçilir. Əgər cihazın materialları sırasında ağacdan istifadə olunursa, bu, mütləq, əl işi olmalıdır. Nyu-Yorkda yerləşən Müasir İncəsənət Muzeyi hətta “Bang & Olufsen” brendinin məhsulların ayrıca sərgi həsr edib. Tarix ərzində bu şərəfə yalnız 5 şirkət layiq görülüb.
Şirkətin əsas laboratoriyasında əməkdaşlar akustika və səsin qəbulu üzrə tədqiqatlar aparırlar. Hər bir məhsulun dəqiq tənzimlənməsi aylarla vaxt aparır. Təsadüfi deyil ki, böyük avtomobil istehsalçıları (“Audi”, “Aston Martin”, “Mercedes-Benz”, BMW) lüks modellər üçün məhz “Bang & Olufsen” brendinin səs sistemlərini seçir.
“Bang & Olufsen” əməkdaşları bildirirlər ki, onların işinin əsas qayəsi ən yaxşı məhsullar yaratmaq və daim yeni yollar axtarmaqdır. Brendin hazırladığı hər yeni məhsul bunu bir daha sübut edir. “Beocom” qulaqlıqları da bu baxımdan istisna deyil.

“Beocom” - şirkətin əsas əməkdaşları üçün qulaqlıqları
“Beocom” qulaqlıqlar xətti yüksək keyfiyyətli səsə, funksionallığa və qadcetlərin cəlbedici dizaynına xüsusi önəm verən biznes peşəkarları üçün yaradılmışdır. Bu cihazlar danışıqlar aparmaq, iclaslarlarda iştirak etmək, ofisdə, evdə və ya səyahət zamanı vacib işgüzar zənglər etmək, yaxud sadəcə sevimli musiqini dinləmək üçün ideal həlldir.
Xəttə iki model daxildir – “Beocom EX” və “Beocom Portal”. Daha çox məlumat üçün

"Bang & Olufsen" brendindən "Beocom Portal" simsiz qulaqlıqları

"Bang & Olufsen" brendindən "Beocom Portal" simsiz qulaqlıqları
“Beocom Portal”: komforta və üsluba dəyər verənlər üçün
Klassik formalı, premium keyfiyyətli bu simsiz qulaqlıqlar əla səs keyfiyyəti, mükəmməl səsboğuculuğu və erqonomik dizaynı ilə fərqlənir. Xüsusi konstruksiyası və yaddaş köpük materialdan hazırlanan qulaq yastıqları cihazdan saatlarla maksimum rahatlıqla istifadə etməyə imkan verir. Qulaqlıqların digər üstünlükləri sırasında qadcetlərlə çox sürətli qoşulma (eyni anda iki cihaza qoşulmağa imkan verir), qoşulma sabitliyi, intuitiv sensor idarəetməsi və səs funksiyalarına sürətli giriş imkanlarını göstərmək olar.
“Beocom Portal” ofisdə və ya evdə istifadə üçün uyğundur. Yığcam olduğu üçün avtomobildə və səfərlərdə rahat istifadə edilə bilər. Şarjın bitməsi barədə də narahat olmağa dəyməz, çünki “Beocom Portal” qulaqlıqları bir dəfə şarj olunmaqla 47 saatadək işləyir.

"Bang & Olufsen" brendindən "Beocom EX" simsiz qulaqlıqları

"Bang & Olufsen" brendindən "Beocom EX" simsiz qulaqlıqları
“Beocom EX”: aktiv və enerjili istifadəçilər üçün
Klassik “true wireless” qulaqlıqlar mütləq azadlığa və ideal səsə önəm verənlər üçün nəzərdə tutulub. Üstünlükləri sırasında əla səsboğucu funksiyanı, sukeçirməzliyi, 28 saatadək işləmə imkanını, simsiz şarj, həmçinin tozdan və rütubətdən qorunma xüsusiyyətlərini, 6 qramlıq çəkini, iki cihazı qoşmaq imkanını, daxili zəng idarəetməsi funksiyasını, demək olar ki, bütün korporativ kommunikasiya platformaları (Microsoft Teams, Zoom, Google və s.) ilə tam uyğunlaşma imkanını göstərmək olar.
Skandinaviya üslubunda yaradılan erqonomik dizayn xüsusi diqqətə layiqdir - cihaz həm sevdiyiniz qısaqol köynək, həm də bahalı iş kostyumu ilə əla görünəcək. "Mükəmməl dizayn və işgüzar ünsiyyət arasında kompromis axtarmayın. İstər gəzintidə olarkən, istər sevimli musiqidən zövq alarkən, istərsə də zəng edərkən siz daim dəbli və zərif görünəcəksiniz”, - “Bang & Olufsen” tövsiyə edir.
Vacib tərəfdaşlar üçün ideal hədiyyə
Qarşıdan gələn bayramlar ərəfəsində korporativ hədiyyələr mövzusu xüsusilə aktuallaşır. Hamını rəhbərliyi, tərəfdaşları və əsas müştəriləri nə ilə sevindirmək məsələsi düşündürür. Elə isə “Beocom EX” və “Beocom Portal” əsl siz axtaran hədiyyədir. Əlbəttə ki, belə bir hədiyyə keyfiyyətə, dizayna və eksklüzivliyə önəm verən hər kəsə xoş təsir bağışlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
56 d. əvvəl
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandakı dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM
-
1 saat əvvəl
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
-
1 saat əvvəl
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur
-
2 saat əvvəl
410 min manatlıq dərman vasitələri və siqaret üzrə qaçaqmalçılıq - Cinayət işi Məhkəmə göndərilib
-
2 saat əvvəl
Energetika Nazirliyində “ACWA Power” şirkəti ilə müzakirələr aparılıb
-
2 saat əvvəl
Ötən il 853 milyon manat daha çox vergi, 685 milyon manat daha çox sosial sığorta haqları yığılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur
410 min manatlıq dərman vasitələri və siqaret üzrə qaçaqmalçılıq - Cinayət işi Məhkəmə göndərilib
Ən çox oxunanlar
Ötən il 853 milyon manat daha çox vergi, 685 milyon manat daha çox sosial sığorta haqları yığılıb
Paytaxtda unikal piyada körpüsü inşa edilib - VİDEO/FOTO
WEF: Yaşıl iqtisadiyyat 2030-cu ilə qədər 7 trilyon dollara çatacaq


























