Marketləri mallar ilə təmin edən "AQRO - VEST DC" şirkəti gəlir və mənfəətini açıqladı
Gündəlik təlabat mallarının idxalı və satışı fəaliyyətləri ilə məşğul olan "AQRO - VEST DC" MMC şirkəti 2022-ci ili 1 milyon 545 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 276 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AQRO - VEST DC" şirkətinin xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 269 min manat və ya 21% artıb.
Marja.az "AQRO - VEST DC" MMC-nin konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, Şirkətin satışdan gəlirləri 2021-ci ildə 61 milyon 477 min manat ikən, 2022-ci ildə 134 milyon 385 min manat təşkil edib (72 milyon 908 min manat və ya 2,2 dəfə artıb). Ötən il satışın maya dəyəri isə 69 milyon 17 min manat və ya 2,2 dəfə artaraq 125 milyon 747 min manat təşkil edib.
Ötən il "AQRO - VEST DC" MMC-nin inzibati və maliyyə xərclərinin iki dəfədən çox artması satışın artmasından qaynaqlanan gəlirin böyük hissəsini silib.
"AQRO - VEST DC" şirkəti 31 dekabr 2022-ci il tarixində 53 milyon 603 min manat cəmi aktivlərə malik olub ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 16 milyon 412 min manat və ya 44% çoxdur. Aktivlərdəki artımın böyük hissəsi qısamüddətli debitor borcların 9 milyon 535 min manat artaraq 12 milyon 157 min manata yüksəlməsilə əlaqədardır.
2014-cü ilə əsası qoyulmuş "AQRO-VEST DC" MMC dünyanın bir çox ölkəsindən idxal etdiyi, eləcə də daxili istehsala aid olan gündəlik tələbat məhsullarının ticarət şəbəkələrinə daşınmasını həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)

