AccessBank mükafat aldı
AccessBank Visa ödəniş sistemi tərəfindən 2016-cı ildə korporativ kartlarının portfeli üzrə ən yüksək artım göstərdiyinə görə mükafata layiq görülüb. AccessBank, ölkənin aparıcı banklarından biri olaraq təqdim etdiyi kart məhsulları və xidmətlərinin çeşidi və keyfiyyəti üzrə də ön mövqelərdədir.
Nağdsız ödənişlərin artmasına görə ödəniş kartları da ən əlverişli və rahat ödəniş vasitəsinə çevrilir. Bank 3 il müddətinə, manatda, dollar, avro və funt sterlinqdə Visa Electron-dan başlayaraq Visa Infinite növünədək geniş çeşidli ödəniş kartları təklif edir. Müştərilər ən çox özündə debit və depozit kartlarının imkanlarını birləşdirən çoxfunksiyalı Visa myCard ödəniş kartına maraq göstərir. Bu kartın üstünlükləriodur ki, kart hesabındakı qalığa illik 6%-ə qədər gəlir əldə etmə və AccessBank-ın bankomatlarında komissiyasız nağdlaşdırma imkanını yaradır.
AccessBank-ın ödəniş kartlarının bütün sahibləri üçün Bank bir çox əlavə xidmətlər təqdim edir:
- MyAccess - 24/7 rejimində vəsaitləri idarə etmək üçün pulsuz onlayn bankinq xidməti
- AccessQazanc – xərclənən məbləğin bir hissəsinin müştərinin kartına geri qaytarılması üçün cashback xidməti
- SMS Banking - aparılan əməliyyatlar haqqında SMS-məlumatlandırma xidməti
- Card-to-Card - bankomat vasitəsilə bir kartdan digər karta pul köçürmək imkanı
- PİN Change - bankomat vasitəsilə PİN kodunun tez və rahat dəyişməsi
- 3D Secure - onlayn əməliyyatların əlavə təhlükəsizliyini təmin edən xidmət
- Cash by Code – bank kartı olmayan şəxsə bankomat vasitəsilə kartdan pulun rahat və təhlükəsiz köçürülməsi.
Kart məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi İnternet saytından, Facebook səhifəsindən və 151 nömrəsi ilə Bankın Məlumat Mərkəzinə zəng vurmaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
Ən çox oxunanlar
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb






.jpg)







.jpg)







