AZAL yenidən endirimlər etdi - 79 MANATDAN...
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan bir sıra məşhur istiqamətlər üzrə endirim aksiyasına start verib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, endirimli aviabiletləri dekabrın 26-dan 29-dək əldə etmək olar.
Aksiya çərçivəsində Bakıdan Mineralnıye Vodı, Həştərxan, Volqoqrad, Samara, Soçi, Ufa və Minsk şəhərlərinə aviabiletlərin qiyməti bir tərəfə 79 manatdan, hər iki istiqamətdə isə 149 manatdan başlayır.
Moskva (Vnukovo və Domodedovo hava limanları), Kazan, Yekaterinburq, Sankt-Peterburq, Novosibirsk, Almatı və Astana şəhərlərinə aviabiletləri bir tərəfə 129 manatdan, hər iki istiqamətdə isə 249 manatdan başlayan qiymətlərlə əldə etmək mümkündür.
Təklif yüksək tələbat dövrü istisna olmaqla, 15 yanvar-25 may 2024-cü il tarixləri arasında həyata keçiriləcək uçuşlara şamildir. Endirimli aviabiletlərin sayı məhduddur.
Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Aviabiletləri rəsmi saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
18 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
18 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
34 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB













.jpg)










