Manatın bahalaşmasının səbəbləri açıqlandı
2017-ci ilin I yarımilliyi ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə uyğun və məzənnə rejiminin çevikliyinin daha da artırılması şəraitində formalaşmışdır.
“Marja" Azərbaycan Mərkəzi Bankının 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, 2017-ci ilin 6 ayı ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli azalmışdır. Belə ki, hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 23.3%, Avro ilə əməliyyatların həcmi isə 4.8% azalmışdır.
Dövr ərzində valyuta bazarında əməliyyatların 85.9%-i ABŞ dollarında, 14.1%-i digər valyutalarda aparılmışdır.
Valyuta əməliyyatlarının 24.4%- i banklararası valyuta bazarında (BVB), 75.6%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılmışdır. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 57.6%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olmuşdur. BDVB-də isə valyuta əməliyyatlarının 95.7%-ini hüquqi şəxslərə valyuta satışı təşkil etmişdir.
BANKLAR SATIŞDAN ALIŞA KEÇİB
Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilmişdir. Banklar tərəfindən ötən ilin 6 ayı ərzində 151 mln. ABŞ dolları xalis valyuta satışı həyata keçirildiyi halda, cari ilin ötən dövründə 91 mln. ABŞ dolları xalis alış həyata keçirilmişdir ki, bu da manatın sabitliyi ilə əlaqədardır.
HƏRRACLARDA TƏLƏB AZLIB
2017-ci ilin birinci yarımilində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 47 valyuta hərracı keçirilmişdir. Dövr ərzində ARDNF-in xarici valyuta satışları 1mlrd.687.6 mln. ABŞ dolları təşkil etmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 30.8% azdır.
Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının Bloomberq platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərmişdir. 6 ay ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı- satqı əməliyyatlarının həcmi 417 mln. ABŞ dolları olmuşdur.
İlk yarımillik ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir.
DÖVLƏT BORCLARI VALYUTA BAZARINDAN XARİC ÖDƏNİLİR
Tədiyə balansının yaxşılaşması, eləcə də dövlət sektorunun xarici valyutada bir sıra öhdəliklərinin valyuta bazarından kənarda tənzimlənməsi valyuta bazarına tarazlaşdırıcı və manatın məzənnəsinə sabitləşdirici təsir göstərmişdir.
Yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları fevral ayının ikinci yarısından nisbətən ucuzlamağa başlamışdır, ikinci rüb ərzində isə stabilləşmişdir. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1.7707 AZN səviyyəsində olmuşdursa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə - 1.9200 AZN-ə qalxmış, 26.05.17-01.06.17 tarixlərində isə minimum həddinə - 1.7020 AZN-ə enmişdir.
2017-ci ilin I yarısının sonuna manat ABŞ dollarına nəzərən 3.9% möhkəmlənmişdir. 2017-ci ilin I yarısı ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1.74 manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
6 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
6 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
7 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 8 saat əvvəl
-
8 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















