Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Lənkəran xəstəxanasında icbari tibbi sığortanın tətbiqinə başlanılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lənkəran xəstəxanasında icbari tibbi sığortanın tətbiqinə başlanılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta sisteminin tətbiqinə start verilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, tibb müəssisəsinin tabeliyində tabeliyində 2 ailə sağlamlıq mərkəzi, 5 kənd ailə sağlamlıq mərkəzi, 30 kənd həkim məntəqəsi, 34 kənd tibb məntəqəsi, Regional Perinatal Mərkəz fəaliyyət göstərir.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 1894 işçi çalışır. Mərkəz 250 000-dən çox vətəndaşa xidmət göstərir.

İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra tibb müəssisəsinin strukturunda mühüm dəyişikliklər baş verib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının idarəetmə aparatında bəzi yeniliklər olub, sığortanın təşkili və innovasiya, informasiya texnologiyaları, dəstək xidmətləri, xəstə xidmətləri, satınalma, tibb bacıları şöbələri yaradılıb və tibbi xidmətin əlçatanlılığı təmin olunub.

360 çarpayılıq mərkəzin nəzdində poliklinika, radiologiya, fizioterapiya, cərrahiyyə, urologiya, reanimasiya, təcili yardım, terapiya, uşaq, laboratoriya, yoluxucu xəstəliklər, vərəm, hemodializ, invaziv kardiologiya, ürək-damar cərrahiyyəsi şöbələri əhalinin sağlamlığının qorunması istiqamətində fəaliyyət göstərir.

27.12.2023 10:14

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18