"Lənkəran Dəmir-Beton Zavodu" ASC-dən MMC-yə çevriləcək, fəaliyyəti bərpa ediləcək
14 fevral 2024-cü il tarixdə "Lənkəran Dəmir-Beton Zavodu" ASC-nin səhmdarlarınının ümumi yığıncağı keçiriləcək.
Marja.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin fəaliyyətinin bərpa edilməsi, cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının), icra orqanının (idarə heyətinin), təftiş komissiyasının (müfəttiş) üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
2. Cəmiyyətin emissiya prospektində öz əksini tapmış daşınar və daşınmaz əmlakların üçüncü şəxslərə özgəninkiləşdirilməsi (satılması);
3. Cəmiyyətin yenidən təşkil edilməsi, "Lənkəran Dəmir-Beton Zavodu" Açıq Səhmdar Cəmiyyətinin təşkilati-hüquqi formasının dəyişdirilərək "Lənkəran Dəmir-Beton Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi; yenidən təşkil edilmiş "Lənkəran Dəmir-Beton Zavodu" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktorunun seçilməsi;
4. Təhvil Aktının təsdiq edilməsi;
5. Yenidən təşkil edilmiş "Lənkəran Dəmir-Beton Zavodu" MMC-nin nizamnaməsinin təsdiq edilməsi;
6. Cəmiyyətin müşahidə şurasının, idarə heyərinin, təftiş komissiyasının (müfəttiş) üzvlərinin seçilməsi;
7. Cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ərizə ilə müraciət edilməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla cəmiyyətin yerləşdiyi ünvandakı inzibati binasında tanış ola bilərlər.
İclas Lənkəran rayonu, Lənkəran şəhəri, T.İsmayılov küçəsi, 247 ünvanında keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub














.jpg)











