"Azərbaycan Sənaye Bankı" ötən ili xalis mənfəət ilə bağlayıb

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja.az xəbər verir ki, ASB 2023-cü ili 5 milyon 119 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 5 milyon 286 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, ASB-nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 167 min manat və ya 3,2% azalıb. Xalis mənfəətin cüzi azalması aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan qayıdan vəsaitin azalması ilə əlaqədardır. Bankın cari fəaliyyətinin nəticəsini daha dolğun əks etdirən əməliyyat mənfəəti artıb.
CƏMİ GƏLİRLƏRİ ARTIB
Ötən il ASB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 45 milyon 503 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 39 milyon 250 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 6 milyon 249 min manat təşkil edib. Həmçinin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olan 180 min manat mənfəətə əlavə edilib. Bank 6 milyon 429 min manat vergilər ödənilənədək mənfəətindən 1 milyon 310 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirləri 35 milyon 611 min manat, cəmi əməliyyat xərcləri 30 milyon 368 min manat, əməliyyat mənfəəti 5 milyon 173 min manat təşkil etmişdi. Həmçinin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olan 1 milyon 132 min manat mənfəətə əlavə edilmişdi. Bank 6 milyon 305 min manat əməliyyat mənfəətindən 1 milyon 19 min manat mənfəət vergisi ödəmişdi.
"Azərbaycan Sənaye Bankı"nın faiz gəlirləri faiz xərclərindən daha çox artdığı üçün əməliyyat mənfəəti 1 milyon 76 min manat daha çox olub.
BANK CÜZİ DƏ OLSA BÖYÜYÜB
Ötən il ASB-nin cəmi aktivləri 1 milyon 627 min manat və ya 0,2% artaraq 31 dekabr 2023-cü il tarixində 749 milyon 248 min manata çatıb.
Ötən il Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 14 milyon 876 min manat və ya 6,2% artaraq 256 milyon 472 min manata yüksəlib.
2023-cü ildə ASB-nin banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri 5 milyon 284 min manat arataraq 409 milyon 42 min manata yüksəlib.
Ötən il "Azərbaycan Sənaye Bankı"da depozitlər 8 milyon 972 min manat və ya 2% artaraq 458 milyon 647 min manata qalxıb.
31 dekabr 2023-cü il tarixində "Azərbaycan Sənaye Bankı" 109 milyon 117 min manat məcmu kapitala malik olub.
Qeyd edək ki, ASB-nin səhmdarları "Anadolu İnvestment Kompani" MMC (98,4252%), "Azərbaycan Sənaye Lizinq" MMC (0.5748%) və Leyla Gozal-dır (1,00%)
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
-
13 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
15 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
15 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
15 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
