Ötən il Azərbaycana 30 faiz daha çox turist gəlib
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ildə Azərbaycan Respublikasına dünyanın 187 ölkəsindən 2 milyon 85,8 min və ya əvvəlki illə müqayisədə 30,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Marja.az xəbər verir ki, bu barədə məlumatları Dövlət Statistika Komitəsi yayıb.
Qeyd edilib ki, gələnlərin 30 faizi Rusiya Federasiyası, 18,1 faizi Türkiyə, 7,9 faizi İran, 5,6 faizi Hindistan, 5,0 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Qazaxıstan, 2,6 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Özbəkistan, 1,5 faizi Ukrayna, hər birindən 1,4 faiz olmaqla Küveyt və İsrail, 1,3 faizi Belarus, 1,2 faizi Türkmənistan, 1,1 faizi Çin, 1,0 faizi Böyük Britaniya, 11,1 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 70,3 faizini kişilər, 29,7 faizini qadınlar təşkil etmişdir.
2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6,5 dəfə, Cənubi Koreyadan - 3,3 dəfə, Türkmənistandan - 2,3 dəfə, Hindistandan - 1,9 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Misirdən - 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Polşadan - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,7 dəfə, Filippindən - 1,7 dəfə, İtaliyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Özbəkistandan - 1,5 dəfə, Belarusdan - 48,8 faiz, Moldovadan - 48,2 faiz, Kanadadan - 40,0 faiz, Rusiya Federasiyasından - 39,9 faiz, ABŞ-dan - 37,9 faiz, Küveytdən - 31,3 faiz, Fransadan - 29,8 faiz, Gürcüstandan - 27,1 faiz, Niderlanddan - 26,0 faiz, Böyük Britaniyadan - 23,4 faiz, İsraildən - 21,6 faiz, Türkiyədən - 21,2 faiz, Almaniyadan - 18,3 faiz, Ukraynadan - 12,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 11,4 faiz, Pakistandan - 6,7 faiz, İordaniyadan - 6,0 faiz artmışdır.
2022-ci illə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 44,6 faiz artaraq 824,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,6 faiz artaraq 104,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,1 faiz azalaraq 350,2 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,4 faizi hava, 27,3 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2022-ci illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 25,5 faiz artaraq 1 milyon 868,7 min nəfər olmuşdur.
Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,8 faiz, Türkiyəyə gedənlərin sayı 24,3 faiz artmış, İrana gedənlərin sayı 27,7 faiz azalmışdır. Ölkə vətəndaşlarının 43,6 faizi Türkiyəyə, 21,5 faizi Rusiya Federasiyasına, 9,0 faizi Gürcüstana, 7,6 faizi İrana, 18,3 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,9 faizini kişilər, 35,1 faizini qadınlar təşkil etmişdir.
2023-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,5 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
4 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
5 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
7 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
7 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
8 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
























