2023-də xarici valyuta vəsaitlərini xaricdən qaytarmama üzrə 1224 fakt aşkar edilib

Ötən il 34100 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 1681-i cinayət xarakterli faktlar, 1224 fakt xarici valyuta vəsaitlərini xaricdən qaytarmama, 33 fakt gömrük ödənişlərinin ödənilməsindən yayınma üzrə, 131 digər cinayət xarakterli fakt üzrə olub.
Bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Bəhruz Quliyev DGK-nın illik hesabatına həsr olunmuş kollegiya iclasında bildirib.
Bəhruz Quliyev əlavə edib ki, hesabat ilində ümumilikdə 640 kq 940 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb ki, bu narkotiklərin 91%-ni daha təhlükəli ağır narkotik olan heroin təşkil edib.
“Bundan başqa, gömrük orqanları tərəfindən aşkar olunmuş 32400 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 3 milyon 660 min 700 manat cərimə tətbiq olunmuş, dəyəri 269 600 manat olan mallar məhkəmə orqanları tərəfindən müsadirə edilib”, - deyə sədrin birinci müavini əlavə edib.
© Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 17 d. əvvəl
- 20 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
