Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasında iclas keçirilib
Bu gün Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.
Assosiasiyanın yaydığı məlumatda bildirilir ki, iclasda müzakirə olunan əsas məsələ ölkəmizin tarixində çox böyük əhəmiyyətə malik 7 fevral Azərbaycan Respublikasının Prezident seçkilərində iştirakla bağlı olub.
İdarə Heyəti üzvləri yekdilliklə bu seçkilərdə Azərbaycan Prezidenti, qalib ordunun Ali Baş Komandanı İlham Əliyevin namizədliyini dəstəkləmək barədə qərar qəbul ediblər.
İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, İlham Əliyev Azərbaycan tarixində işğal altında olan torpaqların azadlığına nail olan böyük sərkərdə kimi mühüm rol oynayır: “Cənab İlham Əliyev 20 illik hakimiyyəti dövründə sübut edib ki, sahibkarından tutmuş sıravi vətəndaşına qədər, Azərbaycanın bütün vətəndaşlarının prezidentidir. Onun Azərbaycan dövlətçiliyi tarixində müstəsna rolu və yeri var. O, Ali Baş Komandan kimi ölkəmizin suveren sərhədlərini bərpa , 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azadlığını təmin edib. İndiyədək postsovet ölkələrindən heç biri itirilmiş, nəzarət altından çıxmış ərazilərini geri qaytarmağı bacarmayıb. Bunu yalnız cənab İlham Əliyev öz uzaqgörən siyasəti, qətiyyəti və dəmir iradəsi ilə bacarıb”.
Assosiasiya sədri daha sonra qeyd edib ki, Qarabağdan qovulan işğalçı Ermənistanın biabırçı məğlubiyyəti ilə barışmaq istəməyən xarici qüvvələr Azərbaycana qarşı hücumlarını dayandırmırlar: “Belə bir həssas dönəmdə Azərbaycanı təzyiqlərdən, hücumlardan qorumaqbacarığı yalnız cənab İlham Əliyevdə var. Biz, quşçuluq sahəsində çalışan sahibkarlar olaraq, qarşıdan gələn prezident seçkilərində onun namizədliyini dəstəklədiyimizi bəyan edirik. Bildiririk ki, ölkəmizə, dövlətimizə qarşı uzanan məkrli əllərin kəsilməsi istiqamətində əlimizdən gələn dəstəyi cənab İlham Əliyevdən əsirgəməyəcəyik.
Biz, quşçuluq sektorunda çalışan 40 minə yaxın insan adından xalqımıza müraciət edərək, hamını 7 fevralda seçki məntəqələrinə gedərək, Azərbaycanı qalib dövlətə çevirən böyük sərkərdəyə səs verməyə çağırırıq. Gəlin bu seçkiləri tarixi qələbəmizin qeyd olundğu toy-bayrama çevirək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








