2023-cü ildə dəmir yolları ilə 7 milyon tona yaxın tranzit yükü daşınıb
Son 20 il ərzində Azərbaycanda dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Artımı davamlı etmək üçün mövcud dəmir yolu xətləri yenilənir, eyni zamanda yeni yollar salınır.
QSC-nin yaydığı "Azərbaycan dəmir yollarının 20 illik inkişafı daha böyük hədəflərə aparır" başlıqlı məqalədə qeyd edilir ki, Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin buraxılış gücünü artırmaq məqsədilə 2017-ci ildə Şərq-Qərb bağlantısının ən vacib seqmentlərindən olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun təntənəli açılışı baş tutub. Yeni dəmir yolu xətti regional yükdaşımalarda məsafə və vaxt müddətini qısaldaraq Çin–Avropa–Çin nəqliyyat və ticarət dəhlizinə yeni nəfəs gətirib. BTQ dəmir yolunun Gürcüstan seqmentinin hazırda davam edən genişləndirilməsi bir neçə aya başa çatacaq, xəttin buraxılış gücü milyon tondan 5 milyon tona qədər artacaq.
Ötən illər ərzində yükdaşımalarda, xüsusilə tranzit yükdaşımalarda əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki:
- ölkəmiz üzərindən daşınan tranzit yüklərin həcmi 80%-ə yaxın artıb;
- 2023-cü ildə dəmir yolları ilə 18 milyon tondan çox ümumi yük, 7 milyon tona yaxın tranzit yükü daşınıb.
- Şimal-Cənub dəhlizi üzrə Astara (İran) terminalının tikinti işlərinin 60 faizi uğurla tamamlanıb. Ötən il bu terminalda 700 min tona yaxın yük aşırılıb. Həmçinin Azərbaycan Astarasında yaradılan yeni terminal sayəsində Şimal-Cənub dəhlizinin inkişafına töhfə verilib.
Beynəlxalq nəqliyyat bağlantısı olan Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında Birgə Müəssisə yaradılıb. Çin mənşəli yüklərin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınması bərpa olunub. Bu məqsədlə konteyner daşımalarının blok qatar şəklinə salınması və təyinatı üzrə birbaşa göndərilməsi təmin olunub. Çindən idxal və tranzit yükü ilə yola düşən konteyner blok qatarlar Orta Dəhlizlə ortalama 8-10 gün ərzində ölkəmizə çatıb ki, bu da ənənəvi marşrutlarla çatdırılma vaxtından təxminən iki dəfə (15-18 gün) azdır.
Sərnişindaşımada rekord göstərici
ADY-nin qatar parkı “Stadler” markalı müasir dizel və elektrik qatarları, həmçinin “Alstom” istehsalı olan lokomotivlərlə yenilənib. İstismar müddəti bitmiş qatarların istifadəsi dayandırılıb, Abşeron dairəvi dəmir yolu xətti boyunca stansiya, vağzal və dayanacaqlar əsaslı təmir olunub. Bütün bunlar vətəndaşların rahat və təhlükəsiz nəqliyyat xidmətinə olan ehtiyacını qarşılamaqda mühüm rol oynayıb, onların dəmir yollarına inam və etibarını artırıb:
- 2015-ci ildən etibarən Bakı–Sumqayıt–Bakı xətti üzrə sürət qatarları istifadəyə verilib;
- 2017-ci ildə Bakı Dəmiryol Vağzalı yenidənqurmadan sonra tam yeni xidmət infrastrukturu ilə sakinlərin üzünə açılıb;
- Həmin ildə Abşeron dairəvi dəmir yolu xəttində sərnişindaşıma xidmətini bərpa etmək üçün 110 kilometr uzunluğunda Bakı–Sabunçu–Pirşağı–Sumqayıt–Xırdalan–Biləcəri–Bakı xətti inşa olunub. Xətt boyunca iki ayrı marşrut üzrə sərnişinlər ümumilikdə 14 məntəqəyə səyahət edə bilirlər;
- 2018–2020-ci illərdə Sumqayıt Dəmiryol Vağzalı, Sabunçu Dəmiryol Vağzalı, həmçinin Zabrat-1, Məmmədli dayanacaqları, Zabrat-2 stansiyaları yenidən qurularaq sakinlərin istifadəsinə verilib;
Bundan başqa, Abşeron dairəvi dəmir yolu xəttinin Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı baş tutub.
2023-cü ildə ADY tərəfindən rekord həddə – 7 milyon sərnişin daşınıb. Abşeron dairəvi marşrutuna əlavə qatarların buraxılması, Bakı–Qəbələ–Bakı marşrutunun açılması və Bakı–Gəncə–Bakı marşrutunun Ağstafayadək uzadılması, xətt üzərində Qovlar (Tovuz) və Dəllər (Şəmkir) stansiyalarına yenidən dayanacaq verilməsi sayəsində əldə edilən bu göstərici ötən ilin göstəricisindən 38% çoxdur (5,1 milyon nəfər).
Ötən il həm də ictimai nəqliyyatın yükünü azaltmaq üçün Abşeron dairəvi dəmir yolu xətti üzrə gündəlik 10 reys artırılıb, həmçinin Bakı–Sumqayıt–Bakı marşrutunda ekspres – iki şəhər arasında dayanacaqsız, birbaşa səyahət imkanı yaradan reyslər təyin edilib. Abşeron dairəvi dəmir yolu xəttində aylar üzrə ən çox sərnişin daşınan günlərin orta göstəricisi 26 min nəfər olub (2022-ci ildə 19,4 min nəfər).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
15 d. əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi


















