Son 6 ildə Türkiyə Mərkəzi Bankının 5 dəfə sədri dəyişib - Müddəti başa vurmadan vidalaşırlar
Türkiyə Prezident idarəetmə sisteminə keçdikdən sonra Mərkəzi Bankın sədri vəzifəsinə təxminən altı ildə 5 fərqli ad təyin edilib. Beş nəfərin hamısı dörd illik qanuni müddətini başa vurmadan vəzifəsini tərk etməli olub. Son üç ildə TCMB-ni tərk edən dörd sədr olub.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankınının (TCMB) sədri Hafize Gaye Erkanın istefası Türkiyəni sarsıdıb. 2023-cü il iyunun 8-də bu vəzifəyə təyin olunan Erkan yalnız 8 ay sədt kürsüsündə otura bildi. O, TCMB-nin ilk qadın sədri olub.
Marja.az xəbər verir ki, 24 iyun 2018-ci il seçkilərindən sonra Prezident Hökümət Sisteminə keçiddən sonra, Prezident Tayyib Ərdoğanın qərarı ilə TCMB sədrinin səlahiyyət müddəti 5 ildən 4 ilə endirilib. Lakin o vaxtdan bəri qısaldılmış dörd ili heç kim tamamlaya bilməyib. Bu müddət ərzində beş sədr səlahiyyət müddətini başa vurmadan TCMB ilə vidalaşmalı olub.
Bu dövrdə Türkiyə məzənnə böhranları ilə üzləşib, inflyasiya da son 26 ilin pik həddinə yüksəlib.
ÇETİNKAYA, UYSAL, AĞBAL, KAVCIOĞLU, ERKAN
Ərdoğanın, Prezident Hökümət Sisteminə keçdikdən sonra TCMB sədri Murat Çetinkayanı vəzifədən azad edib. Murat Uysal, 6 iyul 2019-cu ildə "aşağı faiz" təlimatını yerinə yetirmədiyi üçün vəzifəsindən uzaqlaşdırılan Çetinkayanın yerinə təyin edilib. 2016-cı il aprelin 20-də bu vəzifəyə təyin olunan Çetinkaya 3 il sədr kürsüsündə otura bilmişdi.
2019-cu ilin iyul ayında TCMB sədri vəzifəsinə təyin edilən Uysal, faiz endirimləri ilə məzənnə böhranına səbəb olmuş və təxminən bir illik səlahiyyət müddəti bitdikdən sonra 7 noyabr 2020-ci ildə vəzifəsindən azad edilmiş və yerinə Naci Ağbal gətirilmişdi.
Naci Ağbal 2020-ci ilin mart ayında faiz dərəcələrini 17 faizdən 19 faizə qaldırdığı üçün vəzifəsindən azad edildi. Ağbal cəmi dörd ay vəzifədə qala bildi.
Ağbalın yerinə təyin olunan Şahap Kavcıoğlu Ərdoğanın göstərişi ilə faizləri aşağı salaraq seçkilərdə qalib gəlməyə kömək etməyə çalışdı. Bu dövrdə məzənnə və inflyasiyada yenidən "partlayış" baş verdi. Seçkilərdən sonra, Kavcıoğlu da 8 iyun 2023-cü ildə vəzifəsindən azad edildi. Kavcıoğlu iki ilə yaxın vəzifədə qala bildi.
Kavıoğlunun yerinə təyin olunan Hafize Gaye Erkan vəzifədə cəmi 8 ay qala bildi. O dünən istefa etdiyini və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan vəzifəsindən azad olunmasını istədi. Beləliklə, son üç ildə TCMB dörd sədri ilə vidalaşdı.
Bu gün "Rəsmi Qəzet"də dərc olunan Fərmana görə, Fatih Karahan TCMB-nin sədri təyin olunub. O, Mərkəzi Bankda sədr müavini idi.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
19 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)
.jpg)





.jpg)


.jpg)









