BOKT “İnternational”ın 1 milyonluq istiqrazlarına 4 investor 4 sifariş təqdim edib
8 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “İnternational” ASC-nin tədavül müddəti 60 ay, nominal dəyəri 1,000 manat olan AZ2012021021 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 1 milyon manat olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Marja.az Birjaya istinadən xəbər verir ki, hərrac zamanı 4 investor tərəfindən qiyməti intervalı 1000 (18%) manat və 1,002 (17.94%) manat olan 4 sifariş təqdim edilib.
İstiqrazların kəsmə qiyməti 1000 (18%) manat, orta ölçülmüş qiyməti 1000.0185 (17.9940%) manat olaraq müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon 97 min manat, yerləşdirilmiş həcmi isə 1 milyon manat təşkil edib.
İstiqrazların illik faiz dərəcəsi 18 %, faiz ödəniş dövrü isə hər 30 gündən bir təşkil edir. Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların ödəmə tarixi 08.02.2029-cu ildir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
7 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























