Ölkəmizdə ilk dəfə həyata keçirilən nadir layihə - Sanki bura bir adadır
Bu arıçılıq təsərrüfatında qışda da bal əldə olunur
Zaqatalanın Yuxarı Tala kəndi ərazisində, dağlar qoynunda Boz Qafqaz arı növünün ən yeni, daha güclü cinslərinin əldə edilməsi istiqamətində iş aparılır.
AZƏRTAC-ın əməkdaşı həmin ərazidə olub, görülən işlərlə maraqlanıb. Onun hazırladığı reportajı təqdim edirik.
Zaqatalanın Yuxarı Tala kəndindən dağlara tərəf yol alırıq. Gedəcəyimiz məsafə 7 kilometr olsa da, Tala çayda axına qarşı hərəkət etmək o qədər də asan gəlməsin. Qar bir yandan, qeyri-hamar çay yolları da digər tərəfdən nəqliyyatın hərəkətinə hər cür mane olur. Yol yoldaşlarımız bildirirlər ki, bu yolları indi getmək daha asandır, nəinki yaz və payız aylarında. Çünki dağlarda qar əriyəndə, yağış yağanda Tala çayda nəqliyyat vasitələrinin hərəkəti ümumiyyətlə mümkün olmur.
Nəhayət, iki saatdan bir qədər çox vaxt sərf edərək, Boz Qafqaz arısı üçün ölkəmizdə ilk dəfə təcrid edilən əraziyə çatırıq. Sanki bura bir adadır. Hər tərəfimiz dağlar və sıldırım qayalarla əhatə olunub. Sağ sahildən isə çay axır. Hava nə qədər soyuq və şaxtalı olsa da, bu əsrarəngiz gözəllik insana hər şeyi unutdurur.
Yeri gəlmişkən, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, burada arı ailələrinin hər birində arı bəslənilir. Son illər payız və yaz aylarında arı ailələrində kütləvi xəstəliklər, tələf olmalar baş verir. Lakin bu xəstəliklərin Boz Qafqaz növünə, xüsusən də bu təcrid ərazidəki arılara heç bir dəxli yoxdur. Təcrübəli arıçılar arı ailələrindən birinin yerləşdiyi yeşiyin qapağını açırlar və inanılmaz bir mənzərə ilə qarşılaşırıq. Fevral ayı olsa da, arılar aktiv və işləkdir.
Ölkəmizdə ilk dəfə həyata keçirilən bu nadir layihənin ideya müəllifi Zaqataladan olan arıçı Mövləddin Qurbanəliyevdir. O, artıq beş ilə yaxındır bu ərazini icarəyə götürüb və Boz Qafqaz arılarını saxlayır. O, bura ilk dəfə gələndə 15 arı ailəsi gətirib. İndi onların sayı 100-ə çatır. Hər il bu arılar seleksiya olunur, ən sağlamı, ən güclüsü saxlanılır. Məqsəd daha sağlam və daha aktiv, soyuğa-şaxtaya davamlı, xəstəliklərə tam gətirə bilən damazlıq arılar yetişdirməkdir.
Arıçı bildirir ki, qarşıdakı aylarda burada yenidən seleksiya işi aparılacaq. Qışdan zəif çıxanlar arana aparılacaq. Aktiv, işgüzar damazlıqlar isə növbəti ilə saxlanılacaq. Növbəti illərdə isə damazlıq təsərrüfatının arıları ölkənin müxtəlif bölgələrində arıçılara veriləcək.
Məlumat üçün bildirək ki, olduğumuz ərazidə qış aylarında havanın temperaturu gündüzlər nadir hallarda bir neçə dərəcə müsbət temperatur qeydə alınır. Burada gecələr mənfi 8-12, bəzən daha çox şaxtalar qeydə alınsa da, damazlıq Boz Qafqaz arıları bu soyuğa nəinki davam gətirir, hətta bal istehsal edə bilir. Zəngin oksigen, ətraf ərazilərin flora və faunası və təbii qidalar arıları daha güclü edir. Bu təsərrüfatda yetişdirilən damazlıq arılar bir neçə il sonra ölkənin digər ərazilərində sınaqdan çıxarılacaq və arıçılara imkan verəcək ki, bu növ arılardan faydalana bilsinlər.
Türkiyənin Kahramanmaraş Universitetinin arıçılıq üzrə professoru Halil Yelenar bu sahə üzrə ixtisaslaşan elm adamlarından biridir. Müsahibimiz bildirir ki, Türkiyədə də təcrid edilən arıxanalar, seleksiya və damazlıq təsərrüfatları var. Lakin belə bir məkanda, qışın bu soyuğunda aktiv arı ailələrinə çox az halda təsadüf edilir. Arı ailələrinin iş qaydasını müşahidə edən Halil Yelenar həyata keçirilən layihənin uğurlu olduğunu, gələcəkdə Boz Qafqaz arılarının inkişaf etdirilməsi üçün yaxşı imkan yarandığını vurğulayır.
Damazlıq arıçılıq təsərrüfatında müşahidə aparanlardan biri də Rusiyanın Dağıstan Arıçılar İttifaqının sədri və Rusiya Arıçılar Gildiyasının rəhbəri Nadir Əhmədovdur. Onun da Dağıstanda təcrid edilən ərazidə arıçılıq təsərrüfatı var və illərdir təcrübələr aparır, seleksiyalar həyata keçirir. Lakin bu təsərrüfatda gördükləri bir çox xüsusiyyətləri ilə onun arıxanasından seçilir. Dağıstanlı arıçı növbəti illərdə bu təsərrüfatdan damazlıq arı alacağını və onların bazasında arıxanasını genişləndirəcəyini deyib. Nadir Əhmədov onu da əlavə edir ki, dünyanın bir çox ölkələrində arıçılıq təsərrüfatlarında təcrübədə olub. Lakin bu gün gördüyü daha fərqli və daha maraqlıdır.
Arıçlıq təsərrüfatının rəhbəri Mövləddin Qurbanəliyev bu çətin işə ailəsi ilə başlayıb. Bu gün türk və rus həmkarlarının ilkin rəyləri ümidverici olduğundan bu işi daha da inkişaf etdirmək əzmindədir. Qarşıdakı aylarda təsərrüfatda növbəti seleksiya işlərinin aparılacağını deyən arıçı, təcrübədən uğurla çıxan damazlıq arıları ölkənin digər ərazilərində də sınaqdan keçirəcək və satışına başlayacaq. Bu isə ölkədə daha sağlam arı ailələrinin çoxalmasına və daha keyfiyyətli bal əldə olunmasına şərait yaradacaq.
© Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
22 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
1 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 3 saat əvvəl
-
3 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 4 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı
