Almaniyanın "Daimler Truck" konserni Kamaz-dakı payını satıb
Almaniyanın avtomobil istehsalçısı "Daimler Truck" (Mercedes-Benz Qrupunun bir hissəsi) 2024-cü ildə Kamaz-dakı 15% payını satıb.
Marja.az xəbər verir ki, bu barədə Kamaz-ın baş direktoru Sergey Koqoqin “Vedomosti” qəzetinə müsahibəsində bildirib.
"Mercedes-Benz Group AG 2022-ci ilin fevral ayından şirkətin fəaliyyətində iştirak etmir. Bu il onlar KamAZ-ın kapitalında iştiraka xitam vermə prosesini rəsmi olaraq başa çatdırıblar. Onların şirkətimizlə bağlı gələcək planları məlum deyil”,– qəzet Koqoqinin sözlərindən sitat gətirir.
O, "Daimler Truck" konserninin Kamazdakı paylarını kimə satdığını açıqlamayıb.
Kamaz Rusiyanın ən böyük yük avtomobilləri istehsalçısıdır və iyirmi aparıcı qlobal istehsalçıdan biridir. Şirkət yük maşınları, qoşqular, avtobuslar və mühərriklər istehsal edir. Şirkətin ən böyük səhmdarları Rusiyanın dövlət korporasiyası "Rostec" və "Avtoinvest"dir. "Daimler Truck" şirkətdə 15% paya sahib idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
18 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
50 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub






















