Biznes ideyası olan gənclərin nəzərinə - QEYDİYYAT BAŞLADI
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Bilişim Vadisi Bakı"nın birgə əməkdaşlığı çərçivəsində “Gənc startap” sahibkarlıq təlimlərinə müraciətlərin qəbulu elan edilir.
Təlimlərdə 18-30 yaş arasında olan, öz ideyasını reallaşdırmaqla startapını yaratmaq istəyən gənclər iştirak edə bilərlər.
Təlimlər onlayn və oflayn formatda olmaqla iki mərhələdə həyata keçiriləcək. Onlayn mərhələdə sahibkarlıq nədir, ideyadan biznes plana, komanda qurmaq, idarə etmək və liderlik, investisiya cəlb etmək metodları və s. mövzular tədris olunacaq. Oflayn mərhələdə isə onlayn təlimlərə qatılmış gənclər üçün nəzəri biliklərin real mühitdə tətbiqinə dair dərslər keçiriləcək.
Ümumilikdə 3 həftə davam edəcək təlimlər Türkiyənin Bilişim Vadisinin İnkubasiya Mərkəzinin mentoru tərəfindən həyata keçiriləcək.
Təlimlərdə iştirak etmək istəyən gənclər 23 fevral 2024-cü il saat 18.00-dək https://bit.ly/3wiuVjU linkində qeydiyyatdan keçməklə müraciət edə bilərlər.
Təlimləri uğurla başa vuran iştirakçılara sertifikat veriləcək.
Əlavə məlumat üçün: [email protected]
Qeyd edək ki, təlimlər KOBİA və Bilişim Vadisi Bakı arasında ötən il imzalanmış əməkdaşlığa dair Niyyət Protokolu çərçivəsində keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























