Mərkəzi Bank elektromobillərin sığorta tarifinin artırılmasının səbəbini açıqlayıb
Azərbaycan Mərkəzi Bankı elektromobillərin icbari sığorta tarifinin artırılmasının səbəbini açıqlayıb.
AMB-dən bildirilib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında baza sığorta haqqı məbləği 50 manat olaraq müəyyən edilib. Qaydalara edilmiş son dəyişikliyə əsasən elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri növü üzrə əmsal olaraq 1.5 müəyyən edilib.
Qeyd edilib ki, əmsalın müəyyən edilərkən dövlətin ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması siyasəti rəhbər tutulub. Bundan əlavə, dövlət qeydiyyatına alınmış elektromobillərin enerji tutumu və at gücü göstəriciləri üzrə təhlillər aparılıb, onların təqsiri üzündən baş vermiş hadisələrin tezliyi və ağırlığı nəzərə alınaraq bu növdən olan bütün minik avtomobillərinə münasibətdə vahid yanaşma tətbiq edilib.
Xatırladaq ki, sığorta tarifinin 1.5 əmsala qaldırılması elektromobillərin baza sığorta haqqını 50 manatdan 75 manata yüksəldib. Bununla da, elektromobillərin sığorta tarifi 1.5-2l. mühərrik həcmli avtomobillərin sığorta tarifi ilə eyniləşdirilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






