Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavel öz çıxışında tənzimləyici qurumun faiz dərəcələrini azaltmağa başlamaqdan uzaq olmadığını bildirib. Həmçinin, o, qeyd edib ki, FED inflyasiyanın 2%-ə qədər davamlı azalmasına daha əmin olacağı vaxtı gözləyir. Yalnız bundan sonra məhdudiyyətlərin səviyyəsini azaltmağa başlamaq məqsədəuyğun olacaq.
Pavel əlavə edib ki, FED monetar siyasətini yumşaltmağa hələ hazır deyil. Daha əvvəl o bildirmişdi ki, iqtisadi artım davam edərsə və inflyasiya azalarsa, FED ehtiyatlı şəkildə monetar siyasətini yumşaltmağa başlayacaq.
Bundan əvvəl, Federal Ehtiyatlar Sistemi son toplantısının nəticələri ilə bağlı hesabat dərc etmişdi. Ondan sonra tənzimləyici qurumun rəhbərliyinin bir sıra üzvləri həddindən artıq uzun müddət ərzində məhdudlaşdırıcı tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzül risklərinin formalaşa biləcəyi ilə bağlı fikirlər bildirmişdilər. Eyni zamanda, FED-in toplantısının iştirakçıları faiz dərəcəsində gələcək dəyişikliklərin daxil olan iqtisadi məlumatlardan, perspektivlərdən və risk balansından asılı olacağını qeyd ediblər.
Qeyd etmək lazımdır ki, yanvar ayında FED faiz dərəcəsini ardıcıl dördüncü dəfə illik 5.25-5.5% səviyyəsində saxladı.
FED-in toplantısının nəticələri fonunda dollar major valyutalar qarşısında ucuzlaşmağa davam etdi. Hal-hazırda EURUSD, GBPUSD və USDJPY valyuta cütlükləri müvafiq olaraq 1.0946, 1.2808 və 147.832 səviyyələrində ticarət olunurlar. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 102.79 bənd təşkil edir.
Bugün ABŞ-da Bakı vaxtı ilə saat 17:30-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (Nonfarm Payrolls) və İşsizlik Səviyyəsi göstəriciləri dərc olunacaq. Analitiklərin proqnozlarına əsasən, ölkədə fevral ayında işsizlik səviyyəsi yanvar ayında olduğu kimi, 3.7% səviyyəsində qalıb. Həmçinin onlar ölkə iqtisadiyyatının Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayının fevral ayında 200 min olduğunu ehtimal edirlər.
Eləcə də, bugün Almaniyada, Avrozonada və Kanadada dərc olunacaq statistik məlumatlar investorların diqqət mərkəzində olacaq hadisələrdir.
Məlumat Invest-AZ Investisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
9 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
14 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
15 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi



















