STP Şirkətlər Qrupu Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında iştirak etdi
(®) Bu gün Bakı Ekspo Mərkəzində təşkil olunan sərgidə qrupa daxil “STP Polymer” şirkəti iştirak edib.
Sözügedən şirkətin stendində müxtəlif təyinatlı (HDPE,PP) borular, fitinqlər, təzyiqli su və qaz boruları, korruge, drenaj, damcılı suvarma boruları həmçinin kabel qoruyucu və optika kabelləri üçün borulardan nümunələr sərgilənib.
Qeyd edək ki, sərgi 14 mart tarixinədək davam edəcək.
Məlumat üçün qeyd edək ki, “STP Polymer” şirkəti Sumqayıt Texnologiyalar Parkının ərazisinə görə ikinci ən böyük müəssisədir. 2009-cu ilin dekabrında fəaliyyətə başlayan bu zavod müxtəlif polimer boruların istehsalında ixtisaslaşmış regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biridir. Bundan əlavə şirkətdə polimer fitinqlər, sarınmış və polimer kompozit borular, mikser-dozator və kabel plastikatı, su və kanalizasiya boruları, lövhə istehsalı sahələri fəaliyyət göstərir.
Bütün istehsal prosesi Almaniyanın “Krauss Maffei”, “Unicor”, “Krah”, Avstriyanın “Battenfield Cincinatti”, “Fux”, İtaliyanın “Omipa” və Türkiyənin “Mikrosan” şirkətlərinin istehsalı olan ən müasir texnoloji avadanlığın köməyi ilə həyata keçirilir. Bütün hazır məhsullar Danimarkadan gətirilmiş laboratoriyalarda sınaqdan keçirilir. Bizim laboratoriyalar ISO 9001:2008 və ISO 17025:2008 ,TUV,Rusiya üçün Yaşıl və digər standartlarına uyğun akkreditə olunub.
Almaniya istehsalı olan texnoloji avadanlıq və xammalın böyük hissəsi müasir beynəlxalq standartlara cavab verən məhsulların istehsalına imkan verir. Ümumi istehsal qabiliyyəti illik 250 000 tondan artıqdır.
STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















