"5 ildir sərfəli qiymət və müştəri məmnuniyyəti üzrə liderik"
“Nar” 2023-cü ilin nəticələrinə dair keçirdiyi mətbuat konfransında sərfəli qiymət siyasəti üzrə liderliyini, müştəri məmnuniyyəti ilə bağlı uğurlu göstəricilərini, əhatə dairəsinin genişləndirilməsi və mühüm sosial yönümlü layihələri barədə geniş məlumat verib.
Müştəri Loyallığı İndeksi nəticələrinə görə mobil operatorlar arasında “Nar” yüksək nəticə göstərərək 2023-cü ildə ölkə üzrə lider olub. Müstəqil araşdırma şirkəti tərəfindən aparılmış sorğunun nəticələrinə görə, əsas razılıq bildirilən indikatorlar sərfəli qiymət, üstün müştəri təcrübəsi və internet paketləridir.
“Nar”ın baş icraçı direktoru Qunnar Panke ötən ilin uğurlu nəticələri barədə danışaraq bildirib: “Ardıcıl 5-ci ildir, sərfəli qiymət və müştəri məmnuniyyəti üzrə lider mövqeyimizi qorumağa nail olmuşuq. 2024-cü ildə də müştəriyönümlülük və sərfəli qiymət strategiyamıza sadiq qalmağı hədəfləyirik, çünki “Nar” sənə ən yaxın mobil operatordur”.
Konfrans zamanı müştərilər üçün xərclərin şəffaflığını və müxtəlif xidmət əməliyyatlarını asanlaşdıran “Nar+” tətbiqinin yenilənmiş versiyası da təqdim edilib. Yenilənən tətbiqin interfeysində ən çox istifadə olunan funksiyalar önə çıxarılmaqla yanaşı, balans artımı, internet paketin yenilənməsi, tarif dəyişikliyi və digər əməliyyatları bir kliklə həyata keçirmək imkanı da verilir.
Sərfəli xidmətləri ilə yanaşı, yüksək müştəri məmnuniyyətini də xüsusi diqqətdə saxlayan “Nar”ın xidmət mərkəzlərinə 2023-cü ildə müraciət edənlərin 98.6%-i göstərilən xidmətlərdən razılıqlarını bildiriblər. 2022-ci illə müqayisədə artan bu göstəricinin əldə olunmasında əsas faktor yeni konseptli mağazalara keçidin davam etdirilməsidir. Operator ötən il yenilənmiş 25 mağazasını təqdim edib.
“Nar”ın əsaslandığı müştəriyönümlülük strategiyası 2023-cü ildə beynəlxalq səviyyədə tanınaraq ISO 9001:2015 Keyfiyyətin İdarə olunması və ISO 10002:2018 Müştəri Məmnuniyyətinin İdarə olunması üzrə beynəlxalq sertifikatlarına layiq görülüb.
“Nar” Laçın şəhərində satış və xidmət mərkəzini təqdim edən ilk operator olub. Abunəçilərinə daha yaxın olmaq məqsədilə, “Nar” qısa zamanda Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Tərtər və Ağdam şəhərlərinin öz əhatə dairəsinə daxil edilməsinə nail olub.
“Nar” 2023-cü ildə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində 30 sosial təşəbbüsün gerçəkləşdirilməsinə dəstək olub. Operator ötən il həyata keçirdiyi layihələrə 2.4 milyon manatdan çox vəsait ayırıb. “Nar”ın davamlı olaraq həyata keçirdiyi “Jest dili.az” sosial layihəsi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Korporativ məsuliyyət” istiqamətində ən uğurlu layihə olaraq “Qızıl Dünya Mükafatı”na layiq görülüb.
“Nar” 2024-cü ildə də ən sərfəli operator mövqeyini saxlamaqla, müştəriyönümlü strategiyasını davam etdirməyi, yeni konsepsiyalı daha 18 mağazasını müştərilərin xidmətinə təqdim etməyi, azad edilmiş ərazilərdəki əhatə dairəsini genişləndirməyi və həyata keçirilən sosial layihələrə investisiya yatırımlarını davam etdirməyi planlaşdırır.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
11 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
12 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 13 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır













.jpg)






.jpg)




