Avropanın ən yaxşı mərkəzi bank rəhbəri seçilib
İngiltərənin "The Banker" jurnalı Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanı Avropa üzrə ən yaxşı bank rəhbəri seçib. Bu barədə məlumat jurnalın internet səhifəsində yer alıb.
Məlumatda bildirilir ki, Rusiya Mərkəzi Bankı son illər böyük işlər görüb: "Bank ölkəni mövcud devalvasiya və bank sektorunun problemlərindən, o cümlədən böhrandan qurtarıb. Buna isə ölkə "Nabullinanın güclü əli" sayəsində nail olub. Nəticə etibarilə 2017-ci ildə Rusiyada iqtisadi artım gözləniləndir".
E. Nabiullinanın nailiyyətləri sırasında "The Banker" ölkədə ən aşağı inflyasiya səviyyəsini qeyd edib. Belə ki, Rusiyada bu günə qədər inflyasiya səviyyəsi heç vaxt 6,1% səviyyəsinədək enməyib. Mərkəzi Bank rəhbərinin səyləri nəticəsində isə 2016-cı ilin sonunda bu rəqəm hətta rekord səviyyəyədək - 6%-dək azalıb. Halbuki, ilin əvvəlində bu rəqəm 12,9% təşkil edib. "Mərkəzi Bankın daha bir uğuru Nabiullinanın rəhbərliyi altında ölkənin bank sektorunun sağlamlaşdırılması istiqamətində sərt tədbirlərin görülməsidir. Bu isə nəticədə kredit təşkilatının üçdə birinin lisenziyasının ləğvinə gətirib çıxarıb. Bundan başqa, xanım sədr Maliyyə Nazirliyi ilə birgə yeni pensiya sisteminin konsepsiya üzərində işləyir", - deyə müəllif qeyd edir.
© APA
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 41 d. əvvəl
-
- 1 saat əvvəl
-
15 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 gün əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub







.jpg)





.jpg)






.jpg)





