İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunur
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bildirir ki, sahibkarlar qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması və s. ilə bağlı öyrəndiklərini Model Müəssisədə təcrübədən keçirə biləcəklər.
İstehsal ilə məşğul olan sahibkarlar Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən KOB Model Müəssisədə keçirilən təlimlərə dəvət olunurlar. Təlim proqramı ilə sahibkarlar qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması, rəqabət qabiliyyətliliyə dair bacarıqlarını artırmaqla müasir biliklərə yiyələnəcək və öz müəssisələrində tətbiq edə biləcəklər. Sahibkarlara təlimlərdə öyrəndikləri nəzəri bilikləri KOB Model Müəssisədə yerləşən müasir avadanlıqlarda sınaqdan keçirmək imkanı da yaradılıb.
Təlimlər aşağdakı mövzuları əhatə edir:
- Dəyər, məsrəf və sahədə itki
- ΚΡΙ-ΚΑΙ
- Standartlaşdırma
- Vaxtın ölçülməsi və müşahidə metodları
- 5S strategiyası
- Kaizen sistemi
- SMED
- Poka-Yoke, Jidoka
- JIT - Sinxronizasiya
- İtələmə-çəkmə sistemləri
- İdarəetmə strategiyası və davamlı inkişaf
Qeyd edilib ki, KOB Model Müəssisə istehsal sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Model müəssisənin bütün xidmətləri ödənişsizdir. Sahibkarlar KOB Model Müəssisəsinin imkanlarından faydalanmaq üçün KOBİA-ya birbaşa ([email protected] və ya www.smb.gov.az saytının "Agentliyə birbaşa müraciət" bölməsi), eləcə də model müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb




















