“Baku Steel Company” QSC Almaniyada “Tube 2024” sərgisində Azərbaycanı təmsil etdi
(®) 15-19 aprel 2024-cü il tarixlərində Almaniyanın Düsseldorf şəhərində metallurgiya sektorunun ən böyük sərgisi olan “Tube 2024” keçirildi. Azərbaycanı sözügedən sərgidə Qafqazın ən iri və qabaqcıl metallurgiya şirkəti “Baku Steel Company” QSC (bundan sonra – BSC) təmsil etdi.
Dünyanın 60 ölkəsindən 2600-dən çox şirkətin öz xidmət və məhsullarını sərgilədiyi “Tube 2024”də BSC nümayəndələri təmsil etdikləri şirkətin məhsulları, həmçinin bütövlükdə Azərbaycanın metallurgiya sektoru və onun imkanları barədə məlumatlar verdilər.
Sözügedən sərgi, ilk dəfə olaraq, mühazirələr, təqdimatlar, xüsusi şoular və rəqəmsal bələdçili turlardan ibarət zəngin proqramla müşayiət olundu. Eko-metallar, hidrogen, borular, kəsmə və emal texnologiyaları, paslanmayan polad və s. kimi aktual mövzularda rəqəmsallaşma istiqamətində yeni həllərlə bağlı xəbərlər və tendensiyalar haqqında məlumat verildi.
“Tube 2024” sərgisində mütəxəssislər təmsil etdikləri şirkətlərin davamlılıq strategiyalarını təqdim etdilər, karbonsuzlaşdırma istiqamətində artıq əldə edilmiş uğurlar barədə məlumat verdilər və yaşıl transformasiyaya aparan yolları, enerji və iqlim siyasətini ziyarətçilərlə müzakirə etdilər.
Əsasən maşınqayırma, neft-qaz, kimya və tikinti sektorlarının diqqət mərkəzində olan “Tube 2024” sərgisi şəbəkələləşmə və yeni bazarlara çıxmaq üçün olduqca əhəmiyyətli bir platforma idi. Belə ki, BSC-nin nümayəndələri şirkətin məhsullarının potensial alıcıları ilə yanaşı, həyata keçirilən modernizasiya layihələri çərçivəsində, dünyanın bir sıra aparıcı avadanlıq istehsalçıları ilə əməkdaşlıq qurmaq istiqamətində məhsuldar danışıqlar apardılar.
Azərbaycanı təmsil edən şirkət olaraq, BSC-nin məhsullarının sərgiləndiyi stendə ziyarətçilər və iştirakçılar arasında böyük maraq var idi. Şirkət, gələcəkdə də beynəlxalq miqyaslı tədbirlərdə iştirak edərək ölkəmizin metallurgiya potensialını dünyaya tanıtmaq və əməkdaşlıq horizontunu genişləndirmək əzmindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
15 d. əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
28 d. əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar
























