Azərbaycan sərhədində külli miqdarda siqaret tutuldu
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında İdarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikası, Azərbaycan Respublikası və Gürcüstan ərazilərindən tranzit keçməklə İraq Respublikasından Türkiyə Respublikasına yüksüz gedən Türkiyə Respublikası vətəndaşı Yıldırım Süleymanın idarə etdiyi “VOLVO” markalı 47 PC 821/33 AS 368 nömrə nişanlı soyuducu yük avtomobili saxlanilib.
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, gömrük və sərhəd xidməti əməkdaşları birgə yük avtomobilinəəsaslı baxış keçirilib. Baxış zamanı avtomobilin qoşqusunun sağ tərəfdən aşağı hissəsindəki metal lövhələrə fiziki müdaxilə olunduğu nəzərə çarpıb. Sonra həmin metal lövhələr açılıb və lövhələrin arxasında, qoşqunun döşəməsinin alt hissəsindəki boşluqlardan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan aksiz markası ilə markalanmamış, 800 ədəd
üzərində “GSS”, 1800 ədəd üzərində “Brilliant”, 5000 ədəd üzərində “OSCAR”, 6000 ədəd üzərində “KİNG”, 8000 ədəd üzərində “MM” və 408000 ədəd üzərində “Victory” yazısı olan, ümumilikdə 429600 ədəd siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 13 saat sonra
-
- 9 saat sonra
-
7 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
8 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
8 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb











.jpg)











.jpg)


