Fermalar bağlanır, məhsullar satışdan çıxarılır - "Zəhərli" yumurta böhranı
Almaniyada "Aldi" marketlər şəbəkəsinin avqust ayının əvvəlində Hollandiyadan gələn yumurtaları rəflərdən yığışdırması ilə Avropada yumurta böhranı başlayıb.
"Marja" xəbər verir ki, böhranın səbəbi Hollandiyanın ferma təmizlik şirkəti "Chickfriend"ın Belçikanın həşərat dərmanları şirkəti "Poultry Vision"dan aldığı Fipronil tərkibli dərmanları yumurta fermalarında istifadə etməsidir.
Belçika, Hollandiya və Almaniyadakı marketlər də milyonlarla yumurtanı rəflərdən yığışdırıb.
İngiltərənin supermarket şəbəkələri "Sainsbury's", "Morrisons", "Waitrose" və "Asda" Hollandiyadan idxal yumurtaları ehtiva edən sendviç və salatların satışını dayandırıb.
Oxşar tədbirlərin Hollandiyada istehsal edilmiş mayonez, dondurma kimi yumurta tərkibli digər ərzaq məhsulları üçün də görüləcəyi gözlənilir.
"Chickfriend" və "Poultry Vision"də istintaq aparılır. "Poultry Vision" "Chickfrien"da məhsul satdığını təsdiqləyib. Bu şirkətlər ilə əlaqəli olduğu müəyyən edilən 100-dən çox ferma bağlanılıb.
Belçika, Hollandiya, Almaniya və Fransadakı yumurta təsərrüfatlarında istehsal edilən Fipronilli yumurtaların; Fransa, Almaniya, Birləşmiş Krallıq, İrlandiya, Belçila, Hollandiya, İspaniya, İsveç, Avstraliya, İtaliya, İsveçrə, Rumıniya, Polşa, Lüxemburg, Danimarka, Slovakiya, Sloveniya və Honq Konqda satıldığı aşkar edilib.
İngiltərədə 700 min, Almaniyada 10.7 milyon, Hollandiyada 10 milyon və Fransada 244 min "zəhərli" yumurta olduğu bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)






