Qlobal bazarlarda son vəziyyət
ABŞ dolları bugün Asiya sessiyasının ilk ticarət saatlarında daha zəif tonunu qoruyub, avro və funt-sterlinq kimi əsas valyutalar qarşısında enişini davam etdirir. Dollar indeksindəki bu geriləmə Federal Ehtiyatlar Sisteminin ilin sonunda faiz dərəcələrini azaldacağı ehtimalını artıran potensial yavaşlamağa işarə edən ABŞ əmək bazarının son məlumatlarından sonra yaşanmaqdadır.
Valyuta bazarlarında dollar Yapon yeninə qarşı ucuzlaşaraq 155.39 yen səviyyəsində ticarət edilib. Avro isə 0.3% bahalaşaraq 1.0782 səviyyəsini test edib. Dolların valyuta səbəti qarşısında dəyərini ölçən dollar indeksi dəyişməyərək 105.20 bənd səviyyəsinə kimi geriləyib
ABŞ-da işsizlik müavinəti müraciətlərinin artması dolların zəifləməsində təsirli oldu. Bu məlumatlar, keçən həftəki zəif məşğulluq hesabatı ilə birlikdə, FED-in faiz dərəcələrindəki düzəlişlərinin vaxtı və əhatə dairəsi ilə bağlı vəziyyət bazarlarda risk iştahını artırdı.
Əsas valyutalar ABŞ Xəzinədarlıqları və əmtəələrində cüzi yüksəlişin təsiri ilə dəyər qazanıblar. Aşağı gəlirli olmasına baxmayaraq, İngiltərə Mərkəzi Bankının (BoE) yumşaq monetar siyasətə keçid etməsi ehtimallarını qiymətləndirməsindən sonra təzyiq altında qalan yen və funt dəyər qazandı.
Analitiklər həftəlik Amerikada əmək bazarı ilə bağlı açıqlanan son göstəriciləri şərh edərkən ehtiyatlı olmağı məsləhət görürlər. Spekulyantlar da ABŞ faiz dərəcələri ilə əhəmiyyətli fərqi nəzərə alaraq, yenin aşağı gəlirlərini yaxından izləyirlər.
Yaponiya hökuməti, maliyyə naziri Şuniçi Suzuki vasitəsilə, bazar təxminləri Tokyonun keçən həftə yeni dəstəkləmək üçün təxminən 60 milyard dollar xərclədiyini açıqladıqdan sonra, lazım gələrsə, valyuta bazarlarına müdaxilə etməyə hazır olduğunu təsdiqlədi. İqtisadçılar bazarın müdaxilə səylərinə reaksiyasını şərh edərək, dollar-yen paritetinin 155 səviyyəsi ətrafında sabitləşəcəyini ehtimal edirlər.
Funt-sterlinq, BoE-nin faiz dərəcəsinin mümkün azaldılması siqnalından sonra aprelin 24-dəki minimum səviyyəsindən 1.2520 hədlərinə kimi qalxdı. Cümə axşamı günü BoE uçot dərəcəsini 5.25% səviyyəsində saxladı, lakin Pul-kredit Siyasəti Komitəsinin ikinci rəsmisinin mövqeyinin dəyişməsi gələcəkdə dərəcələrin azaldılması ehtimallarını bir qədər də artırdı
ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirləri cümə axşamı günü düşdü, bazar 125 milyard dollar yeni veksel və istiqraz tədarükünü mənimsədiyi üçün 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi 4.46%-ə qədər gerilədi. İnvestorlar indi inflyasiya meyllərinin əlavə göstəricisi üçün gələn həftə ABŞ-da İstehsal Qiymətləri İndeksi (PPI) və İstehlak Qiymətləri İndeksi (CPI) hesabatlarını səbirsizliklə gözləyirlər.
Digər tərəfdən, Çin və ABŞ arasında davam edən ticarət gərginliyində yeni bir inkişaf oldu və ABŞ cümə axşamı açıqladığı ticarət məhdudiyyətləri siyahısına 37 Çin qurumunu əlavə etdi. Bildirilib ki, bu təşkilatlar ABŞ-ın milli təhlükəsizliyi və ya xarici siyasət maraqlarına zidd fəaliyyət göstərir və ABŞ-lı təchizatçılar üçün təchizat zəncirinin münasibətlərini çətinləşdirir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
6 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)












