Azərbaycan şirkəti yapon avtomobillərinin xaricə satışından gəlirini 4 dəfə artırıb
“Rotary Motors” şirkəti avtomobillərin yenidən ixracından gəlirini 4 dəfə artırıb. Şirkətin daxili bazarda pərakəndə satışları isə 2 dəfə azalıb.Azərbaycanda Mazda avtomobillərinin rəsmi idxalçısı “Rotary Motors” MMC 2023-cü ili 3 milyon 29 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 1 milyon 591 min manat, 2021-ci ili isə 423 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “Rotary Motors”ın xalis mənfəəti 1,9 dəfə artıb.
Marja.az Şirkətin 2023-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə “Rotary Motors”ın satışdan cəmi gəlirləri 25 milyon 132 min manat, cəmi satış xərcləri 19 milyon 240 min manat təşkil edib.
2022-ci ildə “Rotary Motors”ın satışdan cəmi gəlirləri 19 milyon 482 min manat, cəmi xərcləri 14 milyon 896 min manat təşkil etmişdi.
Diqqəti çəkən, idxal edilən avtomobillərin yenidən ixracından satış gəlirlərinin 4 dəfədən çox artaraq 11 milyon 185 min manat təşkil etməsidir. 2022-ci ildə Şirkət avtomobillərin yenidən ixracından 2 milyon 770 min manat gəlir əldə etmişdi.
Ötən il “Rotary Motors”ın daxili bazarda pərakəndə satışları2 dəfə azalaraq 7 milyon 334 min manata düşüb. 2022-ci ildə Şirkətin daxili bazarda pərakəndə satışları 11 milyon 664 min manat təşkil etmişdi.
Ötən il “Rotary Motors” avtomobillərin ehtiyat hissələrinin satışından 6 milyon 102 min manat, servis xidmətlərindən 510 min manat gəlir götürüb. 2022-ci ildə Şirkət avtomobillərin ehtiyat hissələrinin satışından 4 milyon 519 min manat, servis xidmətlərindən 530 min manat gəlir əldə etmişdi. “Rotary Motors” şirkətinin ehtiyat hissələrinin yenidən ixracından illik gəliri 2022-ci ildəki 2 milyon 844 min manatdan 2023-cü ildə 4 milyon 533 min manata yüksəlib.
"Rotary Motors" MMC dünya şöhrətli "Mazda Motors Corporation" şirkətinin Azərbaycanda rəsmi və yeganə distribyutorudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
37 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
38 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir






















