Qlobal bazarlarda son vəziyyət
Dünən ABŞ-da statistik məlumatların proqnozların altında dərc edilməsi fonunda, dollar major valyutalar qarşısında ucuzlaşsa da, bugün öz mövqelərini bir qədər möhkəmləndirə bilib. Belə ki, dünən ABŞ-ın Ticarət Departamentinin İqtisadi Təhlil Bürosunun press-relizində qeyd edilmişdir ki, ikinci, aralıq hesablamaya görə, ölkə ÜDM-i birinci rübdə illik olaraq 1.3% artıb. Həmçinin ABŞ-da mayın 25-də bitən həftə üzrə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı öncəki həftə ilə müqayisədə 3 min nəfər artaraq 219 min nəfər təşkil edib.
Dünya bazarında neftin qiyməti cümə axşamı günü axşam saatlarında ABŞ-ın Enerji Departamentinin kommersiya məqsədli ehtiyatlarına dair statistikasını dərc etdikdən sonra ucuzlaşıb. “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 1.23% ucuzlaşaraq bir barrel üçün 82.4$, “WTI” markalı neftin iyul fyuçerslərinin qiyməti isə 1.31% ucuzlaşaraq bir barrel üçün 78.19$ olub. Qeyd etmək lazımdır ki, ABŞ-da kommersiya məqsədli neft ehtiyatları (strateji ehtiyatlar istisna olmaqla) mayın 24-də başa çatan həftədə 4.2 milyon barrel və ya 0.9% azalaraq 454.7 milyon barrelə qədər enib.
Bugün Avrozonada İstehlak Qiymətləri İndeksi göstəriciləri dərc olunacaq. Analitiklər illik inflyasiyanın aprel ayı ilə müqayisədə may ayında 2.4%-dən 2.5%-ə qədər artdığını proqnozlaşdırırlar. Rəsmi məlumatlar “Eurostat” statistika agentliyi tərəfindən bugün, Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq
Həmçinin ABŞ-ın Ticarət Departamentinin İqtisadi Təhlil Bürosu şəxsi gəlirlər və xərclər haqqında məlumatları dərc edəcək. Ekspertlər hesab edirlər ki, apreldə ölkədə mart ayı ilə müqayisədə əhalinin gəlirləri 0.3%, xərcləri isə 0.3% artıb.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























