Abşeron Logistika Mərkəzi Çin şirkətilə əməkdaşlıq haqqında sənəd imzaladı
Ziya Ağayev: İlin əvvəlindən Çindən gələn blok qatarının 70-75 %-i Azərbaycanın idxal məhsullarıdır. Yüklərin qəbulu, üçüncü ölkəyə daşınması üçün Abşeron Logistika Mərkəzində lazım olan bütün infrastruktur yaradılıb. Hazırda Çindən ölkəyə gələn yüklərin üçüncü ölkələrə getməsi üçün potensial böyükdür. Çindən gələn yüklərin geri boş qayıtması böyük problem yaradırdı və bunun da həlli ilə bağlı addımlar atılır.
İyulun 8-də Çin ilə Azərbaycanın logistika və turizm şirkətlərinin iştirakıyla "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi" mövzusunda konfrans keçirilib.
Bakıda keçirilən konfransda Abşeron Logistika Mərkəzi ilə Çinin "Shandong Chilu Express Eurasia Class Train Operation" şirkəti arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.
Abşeron Logistika Mərkəzinin yaydığı məlumatda bildirilir ki, imzalanan sənədin məqsədi yükdaşımaları sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, dəmir yolu yükdaşımalarını təkmilləşdirmək, nəqliyyat və logistika sisteminin irəliyə doğru tərəqqi etməsi üçün plan və strategiyaları hazırlamaq və qarşılıqlı təcrübələrin mübadiləsidir.
Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev konfrans zamanı çıxış edib. O çıxışı əsnasında bildirib ki, ilin əvvəlindən Çindən gələn blok qatarının 70-75 %-i Azərbaycanın idxal məhsullarıdır. Yüklərin qəbulu, üçüncü ölkəyə daşınması üçün Abşeron Logistika Mərkəzində lazım olan bütün infrastruktur yaradılıb. Hazırda Çindən ölkəyə gələn yüklərin üçüncü ölkələrə getməsi üçün potensial böyükdür. Çindən gələn yüklərin geri boş qayıtması böyük problem yaradırdı və bunun da həlli ilə bağlı addımlar atılır.
Qeyd edək ki, Abşeron Logistika Mərkəzi Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından beynəlxalq əməkdaşlıqların artırılmasına xüsusi əhəmiyyət verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 d. əvvəl
Şirkətdə "bəzi səhmdarların paylarının geri alınması" üçün yığıncaq keçiriləcək
- 11 d. əvvəl
-
- 51 d. əvvəl
- 54 d. əvvəl
-
58 d. əvvəl
Tramp ABŞ-a idxal olunan ağır yük maşınlarına 25% gömrük rüsumu tətbiq etdi
-
1 saat əvvəl
Tramp 1 oktyabr tarixindən idxal dərmanlarına 100% rüsum tətbiq edəcək
-
1 saat əvvəl
Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib
- 1 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
14 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
14 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
Son Xəbərlər

Rəsmi məzənnələr açıqlandı

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

Rusiyanın məhdudiyyətləri fonunda neft bahalaşıb

Bosch 13 min işçisini ixtisar edəcək

Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
Ən çox oxunanlar

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq
