"EmbaFinans" yavaşlamaq bilmir
BOKT-ın gəlirləri və mənfəəti kəskin artıb.BOKT "EmbaFinans" QSC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 3 milyon 502 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2023-cü ilin eyni dövrünü 2 milyon 82 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "EmbaFinans"ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 420 min manat və ya 68% artıb.
Marja.az xəbər verir ki, BOKT "EmbaFinans"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 5 milyon 611 min manat ikən, 2024-cü ilin birinci yarısında 7 milyon 885 min manata yüksəlib (41% artıb).
Kredit şirkətinin haqq və komissiya gəlirləri isə 55% artaraq 1 milyon 729 min manata qalxıb.
30 İyun 2024-cü il tarixində BOKT "EmbaFinans"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 58 milyon 626 min manata çatıb. Ötən ilin eyni tarixində təşkilatın kredit portfeli 52 milyon 111 min manat təşkil etmişdi.
Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” QSC müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və zamanla bu xidmətlərin siyahısını genişləndirməyi qarşısına məqsəd qoymuşdur.
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 30.07.2012-ci il tarixili BKT-10 nömrəli lisenziya əsasında fəaliyyət göstərən "EmbaFinans" Bank Olmayan Kredit Təşkilatıdır. BOKT "EmbaFinans" QSC hazırda istehlak və mikro-biznes kreditləri məhsulları ilə fəaliyyət göstərir. Hal-hazırda "EmbaFinans"ın təklif etdiyi kreditlər vasitəsilə Embawood, Madeyra və IdealDizayn məhsullarını əldə etmək mümkündür. Həmçinin Təşkilat AzEstetik, Smarton, Bravo və ölkə üzrə bir çox tanınmış mağazalar ilə də əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 15 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
Ən çox oxunanlar
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb






.jpg)
.jpg)




.jpg)










