"AzVirt" şirkətinin illik dövriyyəsi kəskin artaraq 834 milyon manata yaxınlaşıb
"AzVirt" MMC 2023-cü ili 7 milyon 518 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 8 milyon 938 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AzVirt" şirkətinin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 420 min manat və ya 15,9% azalıb.
Marja.az xəbər verir ki, "AzVirt" MMC-nn tikinti işlərindən gəliri (dövriyyəsi) 2022-ci ildə 573 milyon 90 min manat ikən, 2023-cü ildə 833 milyon 603 min manata yüksəlib (260 milyon 513 min manat və ya 45,5% artıb).
Gəlirin artmasına baxmayaraq xalis mənfəətin düşməsi tikinti işlərinin maya dəyərininin, inzibati və digər xərclərin artması ilə əlaqədardır.
"AzVirt" MMC yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətdir.
31 dekabr 2023-cü il tarixində "AzVirt" MMC 387 milyon 544 min manat cəmi aktivlərə malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
13 d. əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 23 d. əvvəl
-
29 d. əvvəl
Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 300 milyon dollar vəsait cəlb edib
-
1 saat əvvəl
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bank Gəncə filialı üçün mebel alır - TENDER
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Unibankın biznes kreditləri portfelində böyük artım
Ən çox oxunanlar
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq






















