"Rosneft”in neft və kondensat hasilatı azalıb
"Rosneft” ilin birinci yarısında 92,8 milyon ton maye karbohidrogen hasil edib“Rosneft”in maye karbohidrogenlərin (neft və kondensat) hasilatı ilin birinci yarısında 92,8 milyon ton və ya gündəlik 3,796 milyon barel, qaz hasilatı isə 46,8 milyard kubmetr təşkil edib.
Marja xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
"Maye karbohidrogenlərin hasilatının azalması ilk növbədə Rusiya hökumətinin qərarlarına uyğun olaraq neft hasilatının məhdudlaşdırılması ilə bağlıdır", - şirkət neft və kondensat hasilatını şərh edərək qeyd edib.
Ötən ilin birinci yarısında “Rosneft” günsəlik 4 milyon barel maye karbohidrogen hasil etmişdi. Beləliklə, şirkətin hasilatı 5,1% azalıb.
İlin birinci yarısında şirkət tərəfindən qaz hasilatı (46,8 mlrd. kubmetr) ötən ilin birinci yarısı ilə müqayisədə 7% artıb.
Açıqlamada qeyd olunub ki, şirkətin qaz hasilatının üçdə birindən çoxu Yamalo-Nenets Muxtar Dairəsində 2022-ci ildə istifadəyə verilən yeni layihələrin hesabına təmin edilir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
3 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
4 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
4 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib























