Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərə dair yeni qaydalar təsdiq edilib
Ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslər, eləcə də bu sahədə akkreditasiya olunan qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları attestasiya olunmaq məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”ə əsasən, ölçmə vasitələrinin yoxlanılması İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş qaydada yoxlayıcı qismində attestasiya olunmuş fiziki şəxslər tərəfindən həyata keçirilir.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən “Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları” təsdiq edilib.
Qaydalara əsasən, ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslər, eləcə də bu sahədə akkreditasiya olunan qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları attestasiya olunmaq məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər.
Qaydalarda ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərə (yoxlayıcılara) dair aşağıdakı tələblər müəyyənləşdirilib:
- ali təhsilin və ya orta ixtisas təhsilinin olması;
- ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində əmək stajı:
- texniki sahələrdə ali təhsilli namizəd üçün ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində ən azı 6 (altı) aylıq, metrologiya ixtisası üzrə ali təhsilli namizəd üçün ən azı 3 (üç) aylıq əmək stajı;
- digər sahələrdə ali təhsilli və ya orta ixtisas təhsilli namizəd üçün ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində ən azı 2 (iki) illik əmək stajı;
- olduğu halda peşə təhsili müəssisəsində və ya ixtisasartırma kursunda iştirakı;
attestasiya olunmaq üçün müraciətdə qeyd edilmiş ölçmə növü üzrə attestasiya olunmuş digər yoxlayıcı ilə həmin ölçmə növü üzrə ən azı 5 müxtəlif tipdə ölçmə vasitəsini yoxlamaq şərtilə ən azı 5 (beş) iş günü müddətində təcrübə keçməsini təsdiq edən sənəd.
Qeyd edək ki, attestasiyadan keçmiş yoxlayıcılara Dövlət Xidməti tərəfindən 5 il müddətində qüvvədə olan attestat verilir.
Əlavə olaraq bildiririk ki, “Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları” ilə Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az) “Məlumat mərkəzi” bölməsinin “Vacib məlumatlar” altbölməsində (https://competition.gov.az/az/page/melumat-merkezi/information) tanış ola bilərsiniz.
Yoxlayıcı qismində attestasiyadan keçmək məqsədilə fiziki şəxslər “Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na 1 nömrəli əlavədəki ərizə formasını (https://bit.ly/4dI0FQb) dolduraraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsində “Ərizə, şikayət, təklif” bölməsi və ya elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
15 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















