Azərbaycanın qaz hasilatı və ixracı artıb
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 2024-cü ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən, 8 ay ərzində Azərbaycanda 19,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Respublika üzrə neft hasilatının 11,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5 milyon ton təşkil edib.
Hesabat dövründə 16 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,9 milyon tonu konsorsiumun, 2,1 milyon tonu isə SOCAR-ın payına düşüb.
Cari ilin yanvar-avqust aylarında ölkədə neft emalı 4,4 milyon tona yaxın təşkil edib.
2024-cü ilin avqust ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 045 ton olub. Bunun 64 870 tonunu xam neft, 11 175 tonunu kondensat təşkil edib.
8 ay ərzində ölkədə 33 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 8,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 18,1 milyard kubmetri “Şahdəniz”, 1,1 milyard kubmetri “Abşeron”, 5,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən təqribən 0,8 milyard kubmetr artımla qaz hasil edilib.
Bu dövrdə xaricə qaz satışı 16,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,1 faiz çoxdur. Avropaya 8,4 milyard kubmetr, Türkiyəyə 6,5 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 3,7 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 sentyabr 2024-cü il tarixinədək 643 milyon ton neft (kondensatla birlikdə), 452,2 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 595,8 milyon ton neft, 225 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 47,2 milyon tona yaxın kondensat, 227,2 milyard kubmetr qaz hasil olunub.
Bu yataqlardan indiyə kimi 641,2 milyon ton neft (kondensatla birlikdə), 162 milyard kubmetrə yaxın qaz ixraca nəql edilib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 36 d. sonra
-
- 21 d. əvvəl
- 49 d. əvvəl
-
57 d. əvvəl
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
10 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
15 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Rəsmi məzənnələr açıqlandı
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
Ən çox oxunanlar
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb

























