Azərbaycanın ixracı azalıb, idxalı artıb - müsbət saldoda böyük "ərimə"
Azərbaycanın xarici ticarətinin müsbət saldosu 2 dəfədən çox azalaraq 13 milyard 203 milyon 962 min ABŞ dollarından 5 milyard 467 milyon 658 min ABŞ dollarına düşüb. Bunun səbəbi ixracın azalması, eyni zamanda idxalın da artmasıdır.2024-cü ilin yanvar-avqust aylarında (8 ayda) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 30 milyard 995 milyon 424 min ABŞ dolları təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, o cümlədən, ixrac əməliyyatları üzrə 18 milyard 231 milyon 541 min ABŞ dolları, idxal əməliyyatları üzrə 12 milyard 763 milyon 883 min ABŞ dolları ticarət qeydə alınıb. Nəticədə 5 milyard 467 milyon 658 min ABŞ dolları müsbət saldo yaranıb.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 35 milyard 505 milyon 182 min ABŞ dolları, o cümlədən ixrac 24 milyard 354 milyon 572 min ABŞ dolları, idxal 11 milyard 150 milyon 610 min ABŞ dolları, saldo 13 milyard 203 milyon 962 min ABŞ dolları təşkil etmişdi.
Müştərilərin xəbərləri
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
- 47 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi
-
16 saat əvvəl
ABŞ-ın iri bankı yeni proqnozlarını açıqlayıb: qızıl, neft, səhm bazarı…
-
16 saat əvvəl
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
BİRMARKET-də ŞOOOK Cümə!
Rəsmi məzənnələr açıqlandı
Fabrik avadanlıqları satışa çıxarılıb
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlanıb
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub













.jpg)











