Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Almaniya şirkəti Azərbaycan qazının alışını artıra bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniya  şirkəti Azərbaycan qazının alışını artıra bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Almaniyanın "Uniper" şirkəti Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının alışını iki dəfə artırmaq niyyətindədir.

Bunu şirkətin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli bildirib.

Reklam_3_11

Onun sözlərinə görə, hazırda şirkət ildə 1,5 mlrd. kubmetr Azərbaycan qazı alır və həcmləri iki dəfə artıra bilər.

"Biz həcmləri artırmaq istəyirik və bu sahədə danışıqlar gedir. Lakin danışıqlar səviyyəsində olduğundan, mən bunun detallarını açıqlaya bilmərəm", - Rəşad Hüseynli bildirib.

O, qeyd edib ki, həcmlər əsasən infrastrukturun imkanlarından (artırılmasından -red) asılı olacaq və bu məsələdə SOCAR-a dəstək lazımdır, xüsusilə də, Avropa İttifaqı tərəfindən.

Rəşad Hüseynli onu da əlavə edib ki, hazırda bütün maliyyə qurumları qaz layihələrinə investisiya qoymaqdan çəkinir və yaşıl enerji layihələrinə üstünlük verir.

"Amma bizim niyyətimiz var və alınsa, biz artırmağa hazırıq", - "Uniper" nümayəndəsi qeyd edib.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

© APA

18.09.2024 13:25
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18