Lizinq şirkətinin gəliri artıb, 1,3 milyon manata yaxın xalis mənfəət əldə edib
Lizinq fəaliyyətilə məşğul olan "Hermes Finance" ASC 2023-cü ili 1 milyon 255 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 1 milyon 457 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Hermes Finance"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 202 min manat və ya 13,8% azalıb.
Marja.az Şirkətin konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Hermes Finance"ın faiz gəlirləri 2022-ci ildə 5 milyon 177 min manat ikən, 2023-cü ildə 6 milyon 281 min manata yüksəlib (1 milyon 104 min manat və ya 17,6% artıb). Həmçinin faiz xərcləri 749 min manat və ya 28,4% artaraq 3 milyon 380 min manat təşkil edib.
Ötən il "Hermes Finance" ehtimal olunan kredit zərərləri üçün ehtiyata ayırma etdiyi, ümumi, inzibati və işçi heyəti xərcləri artığı üçün xalis mənfəəti aşağı düşüb.
2023-cü ildə "Hermes Finance"ın 6 milyon 281 min manat gəlirinə qarşı, cəmi xərcləri 5 milyon 26 min manat təşkil edib. 2022-ci ildə Şirkətin gəliri 5 milyon 177 min manat, cəmi xərcləri 3 milyon 720 min manat təşkil etmişdi. Beləliklə, ötən il "Hermes Finance"ın gəlirinin 1 milyon 104 min manat artmasına qarşı xərcləri 1 milyon 306 min manat artıb. Bu səbəbdən Şirkətin xalis mənfəəti 202 min manat azalıb.
Ötən il "Hermes Finance"ın lizinq portfeli (maliyyə icarələri üzrə xalis investisiya) 1 milyon 241 min manat azalaraq 24 milyon 158 min manata geriləyib. 31 Dekbar 2023-cü il tarixində "Hermes Finance" 30 milyon 494 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 33 milyon 233 min manat cəmi aktivlərə malik idi.
18 may 2018-ci il tarixində təsis edilmiş "Hermes Finance" ASC-nin səhmdarları Sadiq Səbinə (50%), Mehrəliyeva-Rzayeva Nuranə (16%) və Cəfərov Rəvandır (34%). Şirkətə son nəzarəti Rəvan Cəfərov həyata keçirir.
Lizinq şirkəti olan "Caspian Auto İmport" ASC-nin 100%-i "Hermes Finance" ASC-yə məxsusdur.
Xəbər verdiyimiz kimi, 7 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə lizinq şirkəti "Hermes Finance” ASC-nin 150 min manatlıq səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmib. 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 19 sentyabr 2024-cü il tarixinə kimi 3 gün ərzində "Hermes Finance” ASC-nin səhmləri üzrə abunə yazılışı aparılacaqdır. Səhmlər üzrə yerləşdirmə 20 sentyabr 2024-cü il tarixində baş tutacaqdır. Yerləşdirmə uğurla yekunlaşarsa "Hermes Finance” ASC-nin nizamnamə kapitalı 750 min manatdan 900 min manata yüksələcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
3 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
9 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
10 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi





















