"Kazmor Transflot”: Azərbaycan tranzit marşrutunun mühüm oyunçusudur
Azərbaycan tranzit marşrutunun mühüm oyunçusudur.
Bunu açıqlamasında Qazaxıstanın milli gəmiçilik şirkəti - “Kazmor Transflot”un baş mütəxəssisi Beksultan Axbeloğlu bildirib.
“Azərbaycansız tranzit xəttinin mövcudluğu qeyri-mümkün olardı. Biz sıx əməkdaşlıq edirik. Bilirik ki, Azərbaycan infrastrukturun modernləşdirilməsi, konteynerlərin marşrut boyunca keçidinin yaxşılaşdırılması, liman infrastrukturunun gücləndirilməsi, yeni kranların və dəmir yolu xətlərinin tikintisi, eləcə də yük dövriyyəsinin artırılması üçün böyük səylər və vəsaitlər sərf edir", - deyə o qeyd edib.
Baş mütəxəssisin sözlərinə görə, Qazaxıstan, Gürcüstan və Türkiyədən tranzit xətti İpək Yolunun əsas marşrutuna çevrilmək şansına malikdir.
“Azərbaycan tarixi və coğrafi baxımdan çox əhəmiyyətli bir bölgədə yerləşir, buradan həmişə dünya üzrə bütün yüklər keçib. Biz birgə səylərimizlə bu marşrutdan maksimum fayda görəcəyimizə, yüklərin fasiləsiz şəkildə Çindən Avropaya və geri daşınacağına inanırıq. Biz çətin anlarda, yəni çoxlu konteynerin gəldiyi dövrlərdə yaranan sıxlıqlarla bağlı narahatlığımızı bildirmişik. Bu, həm Aktau, həm də Ələt limanında baş verir. Buna görə də, Azərbaycanın bu dəhlizdə alternativ yolları mövcuddur. Yəni Çindən gələn konteynerləri həm Qazaxıstandan, həm Özbəkistandan, həm də Türkmənistandan göndərmək mümkündür. Hər halda, konteynerlər mütləq Bakı limanına çatacaq, oradan isə dəmir yolu ilə Gürcüstana və oradan da yük alıcılarına yola salınacaq”, - deyə B.Axbeloğlu əlavə edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
17 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
22 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
29 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 40 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb















.jpg)








