Azərbaycanın tikinti şirkətində ağır vəziyyət - GƏLİRİ KƏSKİN AZALIB, ZƏRƏR EDİB
Tikinti şirkətlərinə podrat xidmətləri göstərən və tikinti materiallarının satışı ilə məşğul olan "Diadem" ASC 2024-cü ilin 1-ci yarsını (yanvar-iyun) 1 milyon 713 min manat xalis zərər ilə başa vurub. Halbuku, şirkət ötən ilin birinci yarısını 2 milyon 39 min manat, tam 2023-cü ili isə 1 milyon 856 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, "Diadem" ASC-nin əsas əməliyyat gəlirləri 2023-cü ilin ilk 6 ayında 6 milyon 322 min manat ikən, 2024-cü ilin ilk 6 ayında 2 milyon 168 min manat təşkil edib (4 milyon 154 min manat və ya təxminən 3 dəfə azalıb). Şirkət 2022-ci ildə 77 milyon 793 min manat, 2023-cü ildə 58 milyon 436 min manat gəlir əldə etmişdi. Beləliklə, ildən ilə "Diadem"in gəliri azalıb.
2024-cü ilin ilk 6 ayında "Diadem" ASC-nin 2 milyon 176 min manat cəmi gəlirlərinə qarşı, cəmi xərcləri 3 milyon 920 min manat olub.
Hazırda "Diadem" ASC-nin səhmdarları Nəbiyev Elbrus Ənvər oğlu (75%) və Dostumalıyeva Kamalə Qocakişi qızıdır (25%).
Qeyd edək ki, "Diadem" ASC tez-tez tenderlərdə qalib gələrək, milyonlarla manat sifarişlər alıb. Xüsusilə, Şirkət Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçirdiyi tenderlərdə qalib olurdu. Məsələn, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Abşeron rayonu ərazisində 1152 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 29 ədəd yaşayış binalarının tikintisinin satınalması üzrə elan etdiyi tenderin qalibi Diadem" ASC olmuşdu.
"Diadem" ASC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Corat qəsəbəsidir. Şirkətin sədri Dostumalıyev Fuad Azər oğludur .
"Diadem" ASC-nin işçilərinin sayı da azalıb. Belə ki, Şirkətin işçilərinin sayı 2021-ci ilin sonunda 442 nəfər ikən, 2023-cü ilin sonunda 323 nəfərə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
2 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
2 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
3 saat əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Yardım yoldadır”
Gümüş rekorddan "doymur"
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
Ən çox oxunanlar
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu























