100 min AZN-dək ipoteka krediti
"Bank of Baku" ipoteka kreditləri üzrə şərtlərini daha da yüngülləşdirdi. İndi ev əldə etmək arzusunda olan şəxslər 100 min AZN-dək ipoteka kreditini güzəştli şərtlərlə minimal 20 faiz ilkin ödəniş etməklə əldə edə bilərlər.
Bankdan bildiriblər ki, Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsait hesabına "Bank of Baku" tərəfindən təklif olunan ipoteka kreditlərinin maksimal ödəniş müddəti 25 il, illik faiz dərəcəsi 8 faizdir.
Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardan ibarətdir: şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti; nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti; yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti; iş yerini və gəlirlərini təsdiq edən sənədlər.
Mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla "Bank of Baku"ya müraciət edə bilərlər.
"Bank of Baku"nun təqdim etdiyi ipoteka krediti haqqında daha ətraflı məlumatı 145 Məlumat Mərkəzinə zəng etməklə və ya banka yaxınlaşmaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
DİQQƏT: Pulunu artırmağın yeni yolu var!
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
Avrozonada inflyasiya 3 faizə yüksəlib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb












.jpg)





